Nitq mədəniyyətinin əsasları

Müasir dilimizdə işlətdiyimiz mədəniyyət sözü çox geniş anlayış ifadə edir. Bu anlayış yaxşı-pis, müsbət-mənfi sözləri qədər və bəlkə, onlardan daha geniş məna ifadə edir. Mədəni sözü ərəbcə şəhərli deməkdir. İlk əvvəl mədəni-şəhərli insan davranışının və fəaliyyətinin bütün növlərində şəhərdən uzaq bədəviliyə qarşı qoyulurdu. Baqşa sözlə, şəhərlinin hərəkəti, davranışı, danışığı bədəvilərə nisbətən mədəni hesab olunurdu. Sonradan mədəniyyət sözü öz mənasını daraldaraq mədəniyyətsizliyə qarşı qoyuldu. Azərbaycan dilinin izahlı lüğətində bu sözün üç mənası verilmişdir:

Davamı →

Azərbaycan ədəbi dilinin ÜSLUBLARI

Ədəbi dilin xarakterik cəhətlərindən biri də onun müxtəlif üslublara malik olmasıdir.

Üslub nədir? Üslub sözü bir çox mənalarda işlənir. Məsələn: dilin üslubu, yazıçının üslubu və s. Dilin üslubu ilə yazıçının üslubu eyni anlayış deyildir. Ona görə bu anlayışlari bir-biri ilə qarışdırmaq olmaz.

Dilin üslubu dedikdə ümumi üslublar nəzərdə tutulur. Lakin yazıçının üslubu onun ümumxalq dilindən, dil vasitələrindən öz arzu və zövqünə, mövzu və məqsədinə görə necə seçib işlətməsi üsulları ilə bağlıdır. Hər bir yazıçının üslubu onun həyata münasibəti, elmi və siyasi biliyi, mədəniyyəti və bacarığı əsasında yaranır.


Davamı →

Üslubiyyat

Dilin üslublarını öyrənən elmə üslubiyyat deyilir. Üslu-biyyatın əsas vahidi üslubdur. Üslub üslubiyyatdan geniş anlayışdır. «Üslub» dedikdə dil vasitələrindən məqsədyönlü istifadə üsulu, forması nəzərdə tutulur.

Dil vahidlərindən məqsədyönlü istifadə iki baxımdan özünü göstərir: fərdi və ümumi (funksional).


Davamı →

Üslublar

Üslub — dil vasitələrindən məqsədyönlü şəkildə istifadə üsuludur. Üslubları öyrənən dilçilik bölməsi üslubiyyat(stilistika) adlanır.
Üslublar həm ümumi, ictimai baxımdan, həm də xüsusi, fərdi baxımdan üzünü göstərir. Birinci halda, yəni ümumi, ictimai məzmun daşıdıqda funksional üslublar ortaya çıxır. Funksional üslublar milli ictimai təfəklcürün müxtəlif sahalərini əhətə edir, buna görə də bir neçə növə böiünür. Funksional üslublar bütövlükdə ədəbi dili təşkil edir.

Fərdi üslub xüsusi səciyyə daşıyır və əsasən, bir görkəmli şair və ya yazıçıya aid olur. Məsələn, Füzuli üslubu, Sabir üslubu və s.Fərdi üslub bədii üsiubda daha qabarıq şəkildə özünü göstərir. Fərdi üslub ayrı-ayrı sənətkarların ümumi dünyagörüşü, təfəkkürü ilə sıx bağlıdır. Ədəbi dilimizin tarixində Nəsimi üslubu, Füzuli uslubu, Sabir üslubu səciyyəvi xüsusiyyətləri ilə daha çox məşhur olan fərdi üslublardır. Fərdi üslub bəzən bir qrup şair və ya yazıçıya da aid ola bilir. Məsələn: Molla Nəsrəddinçilər üslubu. Fərdi üslubu ictimai -tarixi şərait yetişdirir.


Davamı →