Üz üçün gimnastika və masaj

Üzün klassik şəkildə masaj edilməsi onun cavanlaşması üçün möcüzələr yarada bilər. Masaj zamanı dərinin qan dövranı və maddələr mübadiləsi yaxşılaşır, dəri dartılır, cavanlaşır, sağlam və təravətli çalarlıq alır.

Üzün masajı, üz dərisi hətta həssas olduqda da aparıla bilər. Masaj həkim-kosmetoloq tərəfindən üz dərisi qocalmağa başlayan qadınlara (30 yaşından sonra) təyin edilir. Üzün masajı zərif bir iş olub, böyük məharət və bilik tələb edir. Ona görə də bu halda kosmetoloqun seçilməsinə çox diqqətlə yanaşmaq lazımdır. Masaj texnikasının düzgün şəkildə yerinə yetirilməməsi, dərinin qocalması prosesini gücləndirərək mövcud olan qırışları da artıra bilər. Üz masajı üçün əks göstərişlər: irinli səpgilər, üz damarların genişlənməsi, üzün tüklənməsi, yanıqlar, çatlar.

Dərinin cavanlığını qaytaran təsirli vasitələrdən biri də üz əzələləri üçün olan xüsusi gimnastik hərəkətlərdir. Onu da yalnız tələbat yarandığı halda yerinə yetirmək lazımdır (üzün dərisi sallanmağa, qırışlar isə əmələ gəlməyə başlayanda).

Sizə təqdim etdiyimiz qimnastika və masaj kompleksi üz əzələləri zəifləmiş qadınlar üçün nəzərdə tutularaq, məhz əzələlərin tonusunun qaytarılmasına yönəldilmişdir. Bu kompleksi yaşı 30-dan artıq olan qadınlar icra edə bilərlər. Onu da nəzərə alın ki, yalnız uzun müddət ərzində gündəlik olaraq yerinə yetirilən məşğələlər yaxşı effekt verə bilər. Yadda saxlayın ki, bütün masaj hərəkətləri yüngül və incə toxunmalarla yerinə yetirilməlidir. Dərinin güclü şəkildə sürtülməsi və dartılması yalnız mənfi nəticələrə səbəb ola bilər.
Ardı →