Aspirin maskaları ilə təmiz, parlaq dəriyə sahib olun!

Aspirinin tərkibinə daxil olan asetilsalisil turşusu kosmetologiyada çox geniş istifadə olunur.

Aspirin maskaları dərini çox yaxşı təmizləyir, yağlılığını azaldır, civzələrin və qara nöqtələrin əmələ gəlməsinin qarşısını alır. Belə maskalardan müntəzəm olaraq həftədə 1-2 dəfə istifadə etmək lazımdır. Maskaları dəridə 10 dəqiqədən artıq saxlamayın. Yanğı hissi yarandıqda, maskanı dərhal yuyun.


Davamı →

Ərik - Alma maskası

Qırmızı alma qabığı və qalın doğranmış əriklərin qarışığı dəriyə təravət və canlılıq gətirən bir maskadır.

Tərkibi bərk, turş olmayan, orta ölçülü qırmızı alma və dörd ədəd bərk ərikdən ibarətdir. Bir orta ölçülü qırmızı alma incə soyulur. Maska üçün almanın qabıqları istifadə ediləcək.

Hər biri təxminən 1,5 sm qalınlığında dörd ədəd bərk ərik (yumşaq olmayan) qabıqları ilə birlikdə soyulur. Əriyin dənəsinə yaxın hissə istifadə olunmamalıdır. İncə soyulmuş qırmızı alma qabığı və qalın ətli (1,5 sm) soyulmuş dörd ərik üzərinə çox az su əlavə olunaraq kiçik bir qabda beş dəqiqə aşağı temperaturda qaynadadılıb həlim hala gətirilir.
Davamı →

Kakao maskaları

Kakao və qəhvə
1.5 çay qaşığı kakao, 1 çay qaşığı qəhvə, yarım çay fincanı su. Qəhvə və kakaonu qarışdırın, yavaş-yavaş ilıq su əlavə edərək xəmir kimi olana qədər qarışdırmağa davam edin.

Göz ətrafı xaric bütün üzə çəkin, təxminən 15-20 dəqiqə saxladıqdan sonra soyuq su ilə durulayın. 15 gündə bir dəfə edə bilərsiniz. Toya və ya hər hansı mərasimə gedərkən etməyinizi tövsiyə edirik, dəriniz hamar və yumşaq olacaq. Onu da qeyd edək ki, maskanın gözəl ətri var.
Davamı →

Dəniz yosunları ilə maskalar

Dəniz yosunları (laminariya) çox giymətli kosmetik məhsul sayılır. Dəniz yosunları maskaları dərini cavanlaşdırır, daha elastik edir, kiçik qırışları yox edir, ağardır, iltihabı azaldır.

Belə maskaları həftədə 1 dəfə etmək kifayətdir. Maskalar dəriyə çox güclü cavanlaşdırıcı təsir göstərir.

1. 2 x.q. dəniz yosunları tozu (apteklərdə satılır) az miqdarda ilıq su ilə qarışdırılır, 1 çalınmış yumurta sarısı, 1 x.q. ayıpəncəsi yağı əlavə olunur, yaxşı qarışdırılır. Maskanı 15-20 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış pambıq disklə silin.

2. 2 x.q. dəniz yosunları az miqdarda ilıq suda həll olunur (sıyıq kimi alınmalıdır), 1 ç.q. bal, 1 ç.q. ərik yağı əlavə olunur, yaxşı qarışdırılır. Maskanı 15-20 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış pambıq disklə silin.
Davamı →