Aspirin maskaları ilə təmiz, parlaq dəriyə sahib olun!

Aspirinin tərkibinə daxil olan asetilsalisil turşusu kosmetologiyada çox geniş istifadə olunur.

Aspirin maskaları dərini çox yaxşı təmizləyir, yağlılığını azaldır, civzələrin və qara nöqtələrin əmələ gəlməsinin qarşısını alır. Belə maskalardan müntəzəm olaraq həftədə 1-2 dəfə istifadə etmək lazımdır. Maskaları dəridə 10 dəqiqədən artıq saxlamayın. Yanğı hissi yarandıqda, maskanı dərhal yuyun.


Davamı →

Üzün dərisinə gündəlik ümumi qulluq qaydaları

Dərinin quruluşu
İnsanın dərisi 3 qatdan ibarətdir: epidermis, derma (dərinin özü), dərialtı piy toxuması. Ətraf mühitin təsirinə bilavasitə məruz qalan xarici qat epidermis adlanır. Bu qatın qalınlığı təxminən 0,3-1 mm-dir. Ən nazik epidermis qatı göz qapaqlarında, ən qalın epidermis qatı isə əllərin iç və ayaqların alt səthində olur.

Epidermis özü də bir neçə təbəqədən ibarətdir. Aşağı qatın hüceyrələri daimi olaraq bölünürlər və yuxarıya tərəf hərəkət edirlər; müəyyən müddətdən sonra bu hüceyrələr ölərək dərinin üst qatından kiçicik pulcuqlar şəklində laybalay xaric olurlar. Dərini bir qədər sürtərək ona mikroskop altında baxdıqda, onun səthindən qopub xaric olan kiçik tozcuqları görmək olar – bunlar məhz ölmüş hüceyrələrdir. Dəri səthində olan bu ölmüş hüceyrələr dərinin tam şəkildə nəfəs almasına, həmçinin kremlərin, maska və s. bu kimi vasitələrin tərkibində olan faydalı maddələrin dəriyə daxil olmasına mane olur. Məhz buna görə, vaxtaşırı olaraq ölmüş hüceyrələri dəri səthindən xaric etmək üçün skrab və ya pilinqdən istifadə etmək lazımdır. Bu bir növ dərinin əsaslı şəkildə təmizlənməsidir.
Davamı →