Əncir maskaları

Əncir kosmetologiyada çox geniş istifadə olunur. Ənciri üz və saç üçün olan kosmetik vasitələrin tərkibinə daxil edirlər. Əncir əsasında üz maskaları dərini yumşaq edir, cavanlaşdırır, nəmləndirir, dərinin rəngini yaxşılaşdırır.

1. 1 iri əncir çəngəllə əzilir, 1 x.q. yağlı xama əlavə olunur, yaxşı qarışdırılır. Maskanı təmiz üz dərisinə çəkin, 20 dəqiqə saxlayın, sonra ilıq suda isladılmış tamponla silin.

2. 1 ənciri əzin, 1 çalınmış yumurta sarısını, 1 ç.q. gənəgərçək yağı əlavə edin, yaxşı qarışdırın, üz dərisinə çəkin, 20 dəqiqədən sonra ilıq suda isladılmış tamponla silin.

3. 1 ənciri əzin, 1 x.q. yağlı kəsmik, 1 ç.q. limon şirəsi əlavə edin, yaxşı qarışdırın. Yuxarıda qeyd etdiyimiz kimi istifadə edin.
Davamı →

Kələm maskaları

Kələm maskaları üz dərisinə çox yaxşı təsir edir — nəmləndirir, ağardır, cavanlaşdırır, hamar və elastik edir, kiçik qırışları açır. 

— Yağlı dəri üçün maska: 1 iri kələm yarpağı, 2 x.q. yulaf yarması (gerkules), 1 ç.q. limon şirəsi. Kələm blenderdə xırdalanır, gerkules və limon şirəsi əlavə olunur, qarışdırılır. Maskanı təmiz dəriyə çəkin, 20 dəqiqə saxlayın, ilıq su ilə yuyub nəmləndirici krem çəkin.
Davamı →

Çox effektli balqabaq maskaları

Balqabaq dəri üçün olduqca faydalı olan, dərini cavanlaşdıran bir çox maddələrlə zəngindir. Balqabağın tərkibində olan A və C vitaminləri, sink mineralı dərinin cavanlığını və sağlamlığını qoruyur.

1. Balqabağın əti blenderdə yaxşı əzilir, təmiz üz dərisinə çəkilir. Maskanı 20 dəqiqə saxlayın, sonra yuyun və qidalandırıcı krem çəkin.

2. 3 x.q. balqabaq püresi, 1 ç.q. bal, 1 yumurtanın sarısı qarışdırırlır, dəriyə çəkilir. Maskanı 20 dəqiqə saxlayın.
Davamı →

Gözəllik üçün limon duzu

Limon duzu mətbəxdə, məişətdə çox geniş istifadə olunur. Limon duzu ziyansızdır, onun toksiki və s. ziyanlı xüsusiyyətləri yoxdur.

Limon duzu kosmetologiyada da çox geniş istifadə olunur. Bu ucuz vasitə dəriyə çox müsbət təsir edir — dərini ağardır, təmizləyir, piqment ləkələri və çilləri görünməz edir, məsamələri daraldır.

Limon duzu ilə üz maskaları:
1. 1 x.q. xamanı yarım ç.q. limon duzu ilə qarışdırın, üz dərisinə çəkin, barmaqların ucları ilə ehtiyatla massaj edin. Maskanı 20 dəqiqə saxlayın, sonra ilıq suda isladılmış pambıq disklə silin.
Davamı →

Alma maskası


Bu sadə maska dərinin rəngini açır, ləkələri görünməz edir, dərini hamar və parlaq edir. Bizə yalnı 2 inqrediyent lazım olacaq — yaşıl alma və xama.

Yaşıl alma (qabıqlı) sürtgəcin kiçik gözündən keçirilir, 2 x.q. xama ilə qarışdırırlır və təmiz üz və boyun dərisinə çəkilir. Maskanı 20 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış steril pambıqla silin.
Davamı →

Gecə maskaları

Gecə vaxtı orqanizmdə bərpa proseslər sürətlənir. Bu bütün orqan və sistemlərə və o cümlədən dəriyə də aidir. Bu səbəbdən gecə kosmetik maskaları çox effektlidir. Maskanı axşam yatmazdan əvvəl təmizlənmiş dəriyə çəkin və 15-20 dəqiqədən sonra mütləq yuyun.

Maska ilə yatmaq olmaz. Bu halda səhər üzünüz şişkin görünəcək.
Sizə bir neçə bərpaedici və cavanlaşdırıcı gecə maskaların reseptlərini təqdim edirik.
Davamı →

Dəri üçün duz maskaları

Çox duz qəbul etməyin orqanizmə zərərli olması barədə hər kəs məlumatlıdır. Amma duzdan dərinin təmizlənməsi üçün gözəllik vasitəsi kimni istifadə etmək olduqca faydalıdır.

Təmizləyici və hamarladıcı maska
Duz və bal, dərini hamarlaşdırma təsirinə malikdir. Bu ikili yağ istehsalının tənzimlənməsini və dərinin nəmli qalmasını təmin edir.

Hazırlanması:
1 çay qaşığı adi narın duzunu 1 ç.q. qaşığı balla qarışdırıb məcun halına gətirin və təmizlədiyiniz dərinizə, göz çevrəsinə vurmadan sürtün. 10-15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun və nəmləndirici krem çəkin.
Davamı →

Yağlı dəriyə necə qulluq etmək lazımdır?

Dərinizə qulluq etməlisiniz, amma həddindən artıq yox
Yağlı dəriyə sahib olanlar tez-tez üzlərini yumalı olduqları barədə məsləhətlər eşidirlər. Amma bu məsləhət tamamilə yanlışdır. Üzü tez-tez yuduqda dəri ehtiyac duyduğu yağdan məhrum olur və bundan azad olmaq üçün həddindən çox yağ istehsal etməyə başlayır. Bu artım səbəbi ilə dəridə qara nöqtə və məsamələr də böyüyür. Əgər yağlı cildiniz varsa, mütəmadi olaraq onu ilıq su ilə təmizləyin.

Spirt tərkibli təmizləyicilərdən istifadə etməyin
Bu cür təmizləyicilər dəridəki təbii yağları aparır və dəri daha çox yağ istehsalına başlayır. Bu isə daha artıq yağlılıq və dəri problemlərini qaçılmaz edir. Dərinizi spirtsiz, yüngül bir təmizləyici ilə silin. Həmçinin təmizləyicini soyuducuda saxlasanız, müsbət effekti iki qatına çıxarmış olarsınız.
Davamı →

Nəmləndirici maskalar


Soyuq fəsillərdə istilik sistemləri, külək və soyuq havanın təsirindən dəri quruyur, nazilir, cansız olur, təravətini itirir. Mütəxəssislər soyuq fəsillərdə dərini mütləq nəmləndirməyi tövsiyə edirlər. Sizə çox sadə 3 nəmləndirici maska reseptini təqdim edirik.

Kəsmikli maska 
2-3 x.q. kəsmiyi yaxşı əzin, yarım ç.q. duz və az miqdarda südlə qarışdırın, üz dərisinə çəkin. 15 dəqiqədən sonra yuyub nəmləndirici krem çəkin.
Davamı →

Üzdəki ləkələri ağardan maskalar

Badamlı maska
5 ədəd badamı bir gecə ilıq suda saxlayın. Yumşalan badamları əzin və içinə bir az su əlavə edib, xəmir halına gətirin. Yarım çay qaşığı balı badama əlavə edin və ləkə olan yerə vurub, yarım saat gözləyin. Soyuq su ilə durulayın. Səbrlə ləkə azalana və tamamilə solana qədər bu prosesə davam edin. Həftədə üç dəfə bu maskanı istifadə etmək məsləhətdir.

Xiyar suyu
Xiyar suyu canlandırıcı, yeniləyici təsiri bilinən bir gözəllik formuludur. Bir çox kosmetik vasitənin içində olan xiyar özü dərini canlandırıb, daha təzə bir görünüş vermək üçün istifadə edilir. Ləkələri aparmaq üçün xiyar suyu başqa kosmetik vasitəyə ehtiyac duymadan istifadə edə biləcəyiniz ən yaxşı ləkə aparıcıdır. Xiyarı rəndələyin və çıxan suyu ləkəli yerə vurun. Suyun qurumasını gözləyin, sonra soyuq su ilə durulayın.
Davamı →