Zəy maskası


Zəy çox effektli kosmetik vasitədir. Zəy dərini daha sağlam və hamar edir, iltihabları azaldır, rəngini yaxşılaşdırır. Zəy maskası yağlı, məsaməli dəri üçün uyğun gəlir.

1 yumurtanın ağı (kənd yumurtasını istifadə edin) bir qədər çalınır. 1 çay qaşığı limon şirəsi, 1 çay qaşığı zəy, az miqdarda su əlavə olunur, yaxşı qarışdırılır və üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.
Davamı →

Məsamələri daraldan maskalar

Sizə dəridə geniş məsamələri daha görünməz etmək üçün çox effektli maskaları təqdim edirik. Bu maskalar dərini daha hamar edir və rəngini yaxşılaşdırır.

Maskaları etməzdən əvvəl dərinizi skrabla yaxşı təmizləyin ki, məsamələr təmiz olsun. Daha sonra bu maskalardan istifadə edə bilərsiniz:

1. Ağ gili ilıq su ilə qarışdırın (sıyıq kimi alınmalıdır) və dəriyə qalın qatla çəkin. Maska qurumağa başlayanda ona su çiləmək lazımdır. Maskanı 15-20 dəqiqə saxlayın.
Davamı →

Gecə maskaları

Gecə vaxtı orqanizmdə bərpa proseslər sürətlənir. Bu bütün orqan və sistemlərə və o cümlədən dəriyə də aidir. Bu səbəbdən gecə kosmetik maskaları çox effektlidir. Maskanı axşam yatmazdan əvvəl təmizlənmiş dəriyə çəkin və 15-20 dəqiqədən sonra mütləq yuyun.

Maska ilə yatmaq olmaz. Bu halda səhər üzünüz şişkin görünəcək.
Sizə bir neçə bərpaedici və cavanlaşdırıcı gecə maskaların reseptlərini təqdim edirik.
Davamı →

Faydalı maskalar

Adi şəkər tozunun köməyi ilə dərini daha hamar etmək, ölü hüceyrələrdən təmizləmək, dərinin qan dövranını yaxşılaşdırmaq olar.

1. 1 x.q. şəkər tozu 1 x.q. kəsmik (yağlı dəri üçün) və ya 1 x.q. xama ilə (quru dəri üçün) qarışdırılır və üz dərisinə çəkildikdən sonra dəri yüngül massaj edilir. Maskanı daha sonra 10 dəqiqə saxlayın və ilıq su ilə yuyun.

2. 1 x.q. şəkər tozunu 1 x.q. limon şirəsi və 1 yumurtanın ağı ilə qarışdırın, üz dərisinə çəkin, massaj edin, 10 dəqiqədən sonra yuyun. Bu maska yağlı dəri üçün nəzərdə tutulub.

3. 1 x.q. şəkər tozu 1 x.q. istənilən bitki yağı ilə (zeytun, qarşıdalı və s.) qarışdırılır, üz dərisinə çəkilir, massaj edilir, 10 dəqiqədən sonra ilıq su ilə yuyulur. Bu maska quru dəri üçün uyğun gəlir.
Davamı →

Kivi maskası

Kivi üz dərisinə yumşaq skrab kimi təsir edir — dərini artıq piydən, ölmüş hüceyrələrdən təmizləyir. Kivi maskası dərini cavanlaşdırır, ağardır, təmizləyir, daha təravətli, elastik və dartılmış edir.

Yağlı dəri üçün maska:
1 kivi meyvəsini soyub blenderdən keçirin. 1 xörək qaşığı nişasta əlavə edib yaxşı qarışdırın və təmiz üz dərisinə çəkib üzünüzü yungül massaj edin. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.
Davamı →

Üz üçün faydalı maskalar

1. 3 xörək qaşığı düyü, 1 xörək qaşığı süd və 1 xörək qaşığı bal Düyüyə bişəcəyi qədər su əlavə edilib horra şəklinə gələnədək bişirilir, sonra süd və bal əlavə edilib qarışdırılır. Maska təmiz və quru dəriyə sürtlür. Tamamilə quruduqdan sonra yuyulub təmizlənir.

Bu maska dəriyə antioksidant təsir göstərir, dəriyə qulluq edir və qan dövranın stimullaşdırır. Hətta horranın süzülmüş suyu dərdəki piqment ləkələrinin aradan qalxmasına, iltihabi proseslərin sağalmasına səbəb olur.

2. Düyüdən hazırlanmış horraya cəfəri suyu qatılaraq üzə və gözlərin ətrafına qoyulduqda ağardıcı təsir edir.

3. Bal və əzilmiş xiyardan hazırlanan maska dəridəki piqment ləkələrini təmizləyir və dərinin rəngini durulaşdrır.
Davamı →

Çobanyastığı maskası

Parlaq bir cildə sahib olmaq istəyirsinizsə, verəcəyimiz 3 fərqli çobanyastığı maskası reseptindən istifadə edə bilərsiniz. Çobanyastığı dərinin rahatlamasına və təmizlənməsinə kömək edir. Xüsusilə də dərinizin quruluğundan şikayət edirsinizsə, bu maskalardan istifadə edərək üz dərinizi nəmləndirə bilərsiniz.

1. Yulaflı çobanyastığı maskası


Bu maska ölü dəri hüceyrələrinin təmizlənməsinə kömək etməklə pilinq təsiri yaradır.

Tərkibi :
  • ½ stəkan yulaf
  • 1 çay qaşığı qabartma tozu
  • 1 yemək qaşığı bal
  • 2 yemək qaşığı şəkər tozu
  • ¼ stəkan yaxşı dəmlənmiş çobanyastığı çayı

Hazırlanması və tətbiqi :
Bir qabda yulaf, qabartma tozu və balı qarışdırın. Sonra bu qarışığa 2 yemək qaşığı çobanyastığı çayı əlavə edin. Əgər maska qatıdırsa, istənilən qatılığa gələnə kimi çaydan əlavə edə bilərsiniz. İstəyə görə şəkər tozu da əlavə edib yaxşıca qarışdırın. Üzünüzü yuyun və maskanı barmaqlarınızla üzünüzün tamamına çəkin, 5 dəqiqə saxladıqdan sonra yuyun.
Davamı →

Qəhvə ilə gəncləşin

İnsan ömrünü uzatmaq üçün tibdə bir çox işlər görülür. Xüsusən də qadınlar zamana təslim olmamaq üçün müxtəlif üsullara əl atırlar.

Yaşlanma əleyhinə kremlər, estetik prosedurlar və s. Amma bunlara ehtiyac olmadan da gənc görünməniz üçün sadə bir yol tapmışıq.

— Qəhvə
— Az yağlı süd
— Qarışdırmaq üçün qab.
Davamı →

Qırışları açan effektiv maska

Sizə təqdim edəcəyimiz maska dərinin regenerasiyasını sürətləndirir, ölmüş toxumaları bərpa edir, dərini rahatlaşdırır, tonusunu qaldırır, müsbət təsir edir.

Maska yaşıl çayla hazırlanır və dəridəki qırışların açılmasına səbəb olur. Maskanı 6-8 həftə etdikdə dəridə arzuolunan effekti görmək mümkün olur. Maskanı bir neçə dəfə tətbiq etdikdə onun dəridə yaratdığı möcüzələri görmək olur.

Davamı →

Qara maska

Qara maska nədir?
Satışda satılan qara maskalar; minlərlə ildir torpağın altında qalan polifenollerin təbii tərkibini pozmadan işlənərək maska halına gətirilməsiylə meydana gələr. Müxtəlif dermatolojik testlərdən keçirilərək çıxarılan qara maskalar çoxu dəri tipinə uyğundur və rəngini təbii özütlerden alar.

Seçilən qara maskanın nə kimi faydaları vardır?
— Qara maska ilk yarım saat çox təsirlidir.
— Tərkibinin təbii polifenoller, sink, kalsium və kalium mineralları və vitaminlərindən meydana gəlməsi seçim səbəbidir.
— Sızanaq və qara nöqtələri önləməkdədir.
— Nəm tarazlığını təmin edərək qan dövranını artırar.
— İltihab və şiş aradan qaldırıcı təsiri vardır.
— Yaşlılıq təsirlərini azaldar.
Davamı →