Qlükoza

Bütün canlıların əsas qida mənbəyi olan qlükoza çox vacib molekuldur. Çünki qlükoza sayəsində qolumuzu hərəkət etdirir, yeriyir, çənə əzələlərimizi işlədib yemək yeyirik. 6 karbon, 12 hidrogen və 6 oksigen atomundan təşkil olunmuş qlükoza molekulu hidrogen atomları sayəsində altıbucaqlı formaya malikdir. Tərkibindəki 6 oksigen atomu qlükozaya çox mühüm xüsusiyyət qazandırır. Bu oksigen atomlarına görə

Davamı →

Hamiləlikdə üzüm yeməyin faydaları


Hamilə ikən yediklərinizə və içdiklərinizə çox diqqət etməlisiniz. Çünki qəbul etdiyiniz qidalar təkcə sizə deyil, uşağınıza da təsir edir. Üzümü istər meyvə kimi yeyərək, istərsə də quru şəkildə və yaxud kompotunu hazırlayıb içməklə faydalarından yararlana bilərsiniz.

 Qan azlığının qarşısını alır
Hamilələrdə qan azlığı və ya dəmir əksikliyi çox tez-tez rast gəlinən problemlərdəndir. Dəmiri dərmanlar vasitəsilə qəbul etməkdənsə, təbii qidalar yeməklə qəbul etmək daha məqsədə uyğundur. Üzüm bol miqdarda dəmir və B vitamini ilə zəngindir. Buna görə də hamiləlik müddətində üzüm yeyərək yorğunluq, halsızlıq, depressiya və qan azlığının yaratdığı digər problemlərdən azad ola bilərsiniz.
Davamı →

Ampeloterapiya - üzümlə müalicə

Üzüm təbiətin yeganə nemətidir ki, ona xüsusi olaraq ampeloqrafiya elmi həsr edilib. Yunanca ampelos – üzüm, qrafo — yazıram deməkdir. Ampeloqrafiya üzüm, üzümün müxtəlif növ və sortları, onun xüsusiyyətlərinin ətraf mühit və insan amilinin təsirindən dəyişmə qanunauyğunluqlarını öyrənən elmdir. XIX əsrin əvvəllərindən bir elm kimi inkişaf etməyə başlayıb.

İlk dəfə ampeloqrafiya terminini 1661-ci ildə elmə gətirən polşalı təbiətşünas Filip Yakov Saks onun banisi hesab edilir. Ampeloqrafiyanın elmi əsasını ispan alimi Simon de Roxas Klemente işləyib.
Davamı →

Üzüm qabığının faydaları

İsveçrə alimləri aşkar ediblər ki, üzüm qabığının tərkibində olan «resveratrol» adlı güclü təbii antibiotik ən təhlükəli xərçəngin inkişafının qarşısını alır. Cenevrə Universiteti alimlərinin fikrinə görə, resveratrol ağciyər xərçənginin müalicəsində kömək edə bilər.

Resveratrol həmçinin ağciyər xərçənginin profilaktikası üçün də çox faydalıdır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən ağciyər xərçəngi ən təhlükəli xərçəng forması sayılır və digər xərçəng növləri arasında ən tez-tez ölümə səbəb olur.
Davamı →

Üzüm suyu faydalıdır

  • Flora
Mütəxəssislərə görə bitki mənşəli süd olaraq təyin olunan üzüm suyu, qan quruluşçu və antioksidan xüsusiyyətinin yanında bədənin ürək və damar xəstəliklərindən qorunmasına da köməkçi olur.

Üzüm və üzüm suyunun qan quruluşçu və antioksidan xüsusiyyətlərinin bərabər mütəxəssislər, vitamin və mineral baxımından olduqca zəngin olan üzüm suyunun ürək xəstəliklərinə qarşı qalxan təsiri meydana gətirdiyini ifadə edir. A, B və C vitaminləri, kalium və dəmir olduqca zəngin olan üzüm suyu, bədənin xəstəliklərə qarşı müqavimətini artırır.

Davamı →

Ən faydalı üzüm hansıdır?

  • Flora
Üzüm çox faydalı müalicəvi məhsuldur. Üzüm ürək-damar, nəfəsalma sistemləri üçün çox faydalıdır, immun sistemini möhkəmləndirir, xərçəng xəstəliklərinin inkişafının qarşısını alır.

Alimlərin fikrinə görə, ən faydalı üzüm qara üzümdür. Onun tərkibində resveratrol maddəsi ağ üzümlə müqayisədə daha çoxdur. Bu maddə ürəyi və damarları qoruyur, damarları xolesterindən təmizləyir, elastikliyini artırır, infarkt və insultun qarşısını alır. Bu maddə üzümüm qabıqlarında və çiyərdəklərində xüsusilə çoxdur. Bu səbəbdən üzümü qabıqlar və çəyirdəklərlə yemək lazımdır. Çəyirdəkləri yaxşı çeynəyin və sonra udun.

Həmçinin qara üzüm beyinin fəaliyyətini və yaddaşı yaxşılaşdırır. Ən az faydalı isə kişmiş üzüm sayılır.
Davamı →