Mətbuat xidmətləri. Nə və necə etməli?

Söz yaranandan bəri insan cəmiyyətində ən çox istehsal edilən və istehlak olunan mal məhz informasiyadır. Söz isə, müqəddəs kitabda deyildiyi kimi, hər şeydən əvvəl yaranıb.
Bəşər tarixi informasiya istehsalının, vasitələrinin və ötürücülərinin inkişafı tarixi ilə üst-üstə düşür. Bugünün qəzetləri, jurnalları, tele- və radiostansiyaları bir zamanlar şamanların, orakulların, carçıların, salnaməçilərin qördüyü işi başqa səviyyədə və müstəvidə davam etdirir. Əlbəttə, indi informasiyanın mənbələri və istehsal prinsipləri, bütövlükdə dövrün tələbatına uyğun olaraq, əvvəlkindən tamam fərqlidir. Mətbuat xidmətləri də həmin tələbatdan doğan həm yeni mənbə, həm də yeni istehsal prinsipi deməkdir.
Davamı →

Mətbuat konfransı

Mətbuat konfransı — təqdim olunan layihə haqqında KİV-nə faktiki və ya analitik informasiya vermək məqsədilə dövlət, ictimai, siyasi, kommersiya  qurumları nümayəndələrinin jurnalistlərlə keçirdiyi görüşdür. Bu görüş jurnalistlərə informasiyanı «birinci əl»dən, səlahiyyətli nyusmeykerlərdən (layihəni rəsmən təqdim edən şəxsdən) almaq, təşkilata isə eyni zamanda bir neçə KİV-nin nümayəndəsi ilə ünsiyyətdə olaraq, informasiyanı təfərrüatı ilə onlara çatdırmaq imkanı verir.
Mətbuat konfransının təşkili prosesində bir neçə mərhələ var ki, aşağıda  onlardan hər birinin səciyyəvi xüsusiyyətləri haqqında söhbət açılır.
Davamı →

Public Journalism – İctimai Jurnalistika

Səthi və populist jurnalistikaya qarşı etiraz reportyorlar arasında artmaqdadır. ABŞ-da bu etiraz public journalism, yəni ictimai jurnalistika adını daşıyan cərəyanın yaranmasına səbəb olmuşdur. Bu cərəyana qoşulan jurnalistlər qarşılarına belə bir vəzifə qoymuşlar: ölkənin vətəndaşları ilə birlikdə cəmiyyət üçün ən mühüm və vacib olan məsələləri müəyyən etmək, birlikdə aşkara çıxarılan problemli vəziyyətdən çıxış yollarını tapmaq və təklif etmək.

Bu məsələlərin müzakirəsi ictimaiyyət və ya ayrı-ayrı rayonların əhalisi ilə jurnalistlərin təşkil etdikləri görüşlərdə keçirilir. Qəzet, radiostansiya və ya televiziya kanalı müzakirə və təkliflər üçün meydan yaradır. Son illər Amerika Birləşmiş Ştatlarının yüzlərlə redaksiyası ictimai jurnalistika çərçivəsində çoxsaylı layihələr irəli sürmüşlər. Peşəkar dairələrdə public journalismə münasibət birmənalı deyil. Bu hadisə bizi cəmiyyətdəki rolumuz barədə yenidən düşünməyə vadar edir. Jurnalistin hansı bir problemisə həll etməkdə iştirakı nə qədər mümkun və nə qədər məsləhətdir?


Ardı →