İki alma | Cəlil Məmmədquluzadə

Mirzə CəlilAxşam vaxtları gәzmәyә çıxanda, hәrdәn bir balaca oğlumu da yanımca aparıram. Bu dәfә dә apardım.
Vә haman balaca oğlum ilә gәzmәyә gedәndә, hәrdәn bir ittifaq düşür ki, ona yemәli şey dә alıram ki, mәndәn razı qalsın. Bu dәfә dә balaca oğlum dükanlarda düzülmüş nazü-nemәti görәndә mәndәn yemәli bir şey istәdi. Mәn o әqidәdә deyilәm ki, hәr dәfә uşaqla bazara gedәndә ona bir şey almaq lazımdır vә lakin bunu da deyirәm ki, heç bir vaxt almaq lazım deyil. Ancaq bu dәfә heç bir zad almaq istәmirdim; o sәbәbә ki, cibimdә pulum yox idi. Vә bir dә istәmәdim ki, uşağım hәr dәfә bazara çıxanda dadamal öyrәnsin.

Bir qәdәr dolandıq, sonra yolumuz dәrya kәnarına düşdü. Amma oğlumu da bidamağ görürdüm. Çün tәrbiyә öz qaydasınca, uşağın öz tәbiәti-bu da öz qaydasınca. Vә onunçun da çox da inad etmәmәk babәtindәn dәrya kәnarında tabağa düzülmüş meyvәlәrdәn iki şahıya iki dәnә yaxşı qırmızı alma aldım vә ikisini dә verdim oğluma. Hәrçәnd oğlum almaları mәndәn aldı. Amma gördüm ki, könülsüz aldı. Mәn ondan bidamağlığının sәbәbini soruşmadım; çünki sәbәbi aşkar idi. Bazarda bir az bundan qabaq o mәndәn iki şey istәdi, heç birini almadım; bir Carco qovunu istәdi-almadım, sonra da nemsә qәnnadı dükanının qabağından keçәndә şüşәnin dalına düzülmüş rәngarәng konfet vә şirniyyatdan istәdi-almadım.

Ardı →