İki sevgi

Gözəl qız, sən saf susan,
Iki qəlb arzususan.
Mənsə səni sevirəm
Susuzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi.
O isə səni sevir, rahatca bardaş qurub,
— Kabab üstdən sərin su pis olmaz- deyən kimi.
Gözəl qız, sən işıqsan, Yurduma yaraşıqsan.
Mənsə səni sevirəm iynənin ucu boyda
Işığa həsrət qalan göz işıq sevən kimi.
O isə səni sevir,
Bir şən mağarda, toyda, işıqlardan yaranmış yarşıq sevən kimi.
Danış ucalsın səsin,
Qırılmasın nəfəsin.
Mən ki səni sevirəm,
Bakıdan, Daşkəsəndən gələn bir səda kimi,
Səs kimi, qüdrət kimi.
O isə səni sevir, gizli deyil ki, səndən,
Bu otaq küncündəki qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən,
De görək nə deyirsən!
Amma yaxşı fikir ver bu iki məhəbbətə.
Daha heç nə demirəm
Nöqtə, nöqtə və nöqtə... 


Davamı →