"Söyüdlü Arx" əsərindən mənalı sitatlar | Kitab sözləri

«Söyüdlü arx» əsəri İlyas Əfəndiyevin ilk romanı olmaqla oxucuların böyük sevgisi ilə qarşılanmış, milli nəsrdə lirik-psixoloji təmayülün əsasını qoymuşdur. Əsər tezliklə tərcümə edilərək dünyanın bir çox dillərində geniş yayılmışdır.

Biz insanlar kiçik bir təsəlliyə, bir dost sözünə nə qədər möhtacmışıq!

Söyüdlü Arx, İlyas Əfəndiyev

 

  • İnsan hər şeyə necə tez alışır, hər şeyi necə tez unudur!
  • Biz insanlar dünyaya nə üçün gəldik? Təbiətin bu əbədi ahənginə ne əlavə etdik?
  • Biz görüş təyin etməmişdik. Lakin hiss edirdim ki,gələn odur.
  • Haqsızlıq həmişə adamı yandırır. Haqsızlıq yamandır...
  • Bu dünyada hər səadətin,hər xoş dəqiqənin bir sonu vardır.Bayaq aləmi gur işığa qərq edən günəş artıq batmamışdımı?

Davamı →

İyirmi birinci əsrin dramaturqu | İlyas Əfəndiyev

«Bir çox romanların və pyeslərin müəllifi olan İlyas Əfəndiyev respublikada yazıçı və dramaturq kimi xalq tərəfindən tanınmış, bəyənilmiş və sevilmişdir. Onun əsərləri Ümumittifaq oxucularına da yaxşı tanışdır.
İlyas Əfəndiyevin yaradıcılığı çoxcəhətlidir. Onun romanları, povestləri, hekayələri, pyesləri müasir həyatımızı gözəl tərənnüm edir, xalqın inqilabi mübarizəsini, Sovet hakimiyyəti illəri ərzində Azərbaycanda əmələ gəlmiş böyük dəyişiklikləri dərin və ətraflı surətdə əks etdirir.

Davamı →

İlyas Əfəndiyev

Azərbaycan teatr tarixində ilk baxışdan qəribə bir özəllik gözə çarpır. Belə ki, M.F.Axundov 6 əsərini — öz dövrünün mühüm və son dərəcə aktual, mənəvi-əxlaqi, publisist, psixoloji, fəlsəfi «yükü» olan komediyalarını mövcud olmayan teatr üçün yazıb. Yalnız 30 (!) ildən sonra, özü də həvəskar tələbələrin ifasında onun bir pyesi («Lənkəran xanının vəziri») səhnə işığı gördü. Bu faktı müxtəlif tərəflərə yozmaq olar, ancaq Azərbaycan mədəniyyətinin tarixi inkişaf yoluna nəzər salanda belə bir qanunauyğunluq üzə çıxır: Qos-qocaman mədəniyyətimiz və onun tərkib hissəsi olan incəsənətimiz söz üzərində bərqərar olunub. Və buna görə də sözün özəl çəkisi bütün başqa meyar və səciyyələrdən daha ağır və tutarlıdır.

Davamı →

Ədəbiyyatın əbədiyaşarlıq ünvanı

Yaratdığı əsərlərlə oxucunu düşündürmək, hisslərinə hakim kəsilmək, onu gözəlliklər aləminə çəkib aparmaq, haqq-ədalət uğrunda mübarizəyə ruhlandırmaq, həqiqətin tapılmasında hər kəsə yardımçı olmaq kimi ali keyfiyyətlər az-az qələm sahibinə nəsib olur. Dərin məna tutumu, ictimai fikrə hakim kəsilmək gücü ilə bir-birini tamamlayan, XX əsr Azərbaycan cəmiyyəti həyatının bütün sahələrini güzgü kimi əks etdirən aktual əsərləri ilə xalqın məhəbbətini qazanan İlyas Əfəndiyev belə xoşbəxt taleli sənətkarlardandır.

Davamı →

Vətənpərvərlik haqqında o məşhur ifadə

Yaratdığı əsərlərlə oxucunu düşündürmək, hisslərinə hakim kəsilmək, onu gözəlliklər aləminə çəkib aparmaq, haqq-ədalət uğrunda mübarizəyə ruhlandırmaq, həqiqətin tapılmasında hər kəsə yardımçı olmaq kimi ali keyfiyyətlər az-az qələm sahibinə nəsib olur. Dərin məna tutumu, ictimai fikrə hakim kəsilmək gücü ilə bir-birini tamamlayan, XX əsr Azərbaycan cəmiyyəti həyatının bütün sahələrini güzgü kimi əks etdirən aktual əsərləri ilə xalqın məhəbbətini qazanan İlyas Əfəndiyev belə xoşbəxt taleli sənətkarlardandır.
Bu gün nasir, dramaturq, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 106 il ötür.
Davamı →

İlyas Əfəndiyev

Nasir, dramaturq, Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Xalq Yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 28-də Füzuli şəhərində dünyaya göz açmışdır. Yazıçının ulu babalarının bir qolu tacir nəslinə mənsub, digər qolu isə ruhani təhsili almış savadlı axund və üləmalar, Qarabağda tanınan, kasıba əl tutan, xeyirxah və alicənab insanlar olmuşlar.

Yazıçının babası Bayram bəy dövlət idarələrində məmur işləmiş, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada qəza rəisi vəzifəsində çalışmışdır. Ötən əsrin 30-cu illərinin tufanı Əfəndiyevlər ailəsindən də yan keçməmiş, yazıçının atası Məhəmməd Əfəndiyevə “kulak” damğası vurulmuş, aramsız təqiblərə, təzyiqlərə tab gətirməyən bu işıqlı şəxsiyyət 1934-cü ildə, 50 yaşında ikən dünyasını dəyişmişdir.
Davamı →

Yasəmən ağacı | İlyas Əfəndiyev

Məktəbimizin bağçasında ucaboylu, cavan bir yasəmən ağacı vardı. Yaz gələndə bütün ağaclar kimi o da çiçək açardı. Onun açıq bənövşəyi gülləri salxım-salxım olub sallanırdı.

Məktəbimizin bağçasındakı ağ, çəhrayı çiçəkli alça, armud, şaftalı və ərik ağacları arasında bu yasəmən ağacının qəribə bir gözəlliyi vardı. 

Kəndimizdə yasəmən olmazdı. Məktəbimizdəki yasəməni isə Aslan müəllim əkmişdi. O hər səhər əkdiyi bu ağacın yanına gələr, budaqları əyib salxım gülləri iylər və dayanıb ağacın gözəlliyinə tamaşa edərdi.
Aslan müəllim ucaboylu, qarabəniz, zəhmli bir adam idi. Alnında sərt qırışlar vardı. Lakin o, yasəmən ağacını seyr edərkən üzünün nə qədər incə, mehriban və xülyalı bir ifadə aldığını bircə görsəydiniz!.. 
Davamı →