2066-cı ildə Brataniya Krallığı öz hakimiyyətinin 1000 illiyini qeyd edəcək. Bu müddət ərzində 7 sülalə bir-birini əvəz etmişdir.
Hal-hazırda II Yelizavetanın başçılığı ilə Vindzorlar nəsli Böyük Britaniya krallığını idarə edir.
Mersiyanın hakimi Offa (757- 796) müflisləşmiş, ətraf əraziləri də özünə birləşdirərək İngiltərədə ilk dəfə kral titulunu qəbul etmişdir. Bu sülalənin krallığı 1066-cı ilədək davam etmişdir. Anqlosaksonlu bu sülalənin sonuncu kralı Edqar Etelinq (oktyabr – dekabr 1066 il) idi.
Ondan sonra hakimiyyət I Vilhelmə ( “İstilaçı” ləqəbli) keçmişdir. I Vilhelm bununla da
Normandlar sülasəsinin hakimiyyətinin əsasını qoymuşdur. Normandlar sülaləsinin hakimiyyəti 1066-cı ildən 1154-cü ilədək davam etdi. Bu müddət ərzində normand sülaləsinin 4 nümayəndəsi krallıq etmişdir. Bu sülalənin son nümayəndəsi kral Bluask Stefan olmuşdur.
Stefan öldükdən sonra hakimiyyətə yeni sülalə —
Plantaqenetlər sülaləsi gəlir. Bu sülalə iki qola ayrılır – Lankastorlar və Yorklar. Sülalə İngiltərə krallığını 1485-ci ilədək idarə etmişdir. Bu sülalədən olan 14-cü, sonuncu kral III Riçard cəmi 2 il (1483-1485) krallıq edə bilmişdir. Riçard 1485-ci ildə Bosuort ətrafında gedən döyüşdə həlak olmuşdur.
Ardı →