İnsanları qiymətləndirmə meyarlarımız

Əslində «meyar» sözü özündə həm də qiymətləndirməni ehtiva etsə də, gündəlik həyatımızda «qiymətləndirmə meyarı» ifadəsinə daha sıx rast gəlirik.
Meyar — hər hansı bir hadisəyə, işə, davranışa və s. qiymət vermək, yaxud onu təsnif etmək üçün əsas əlamətlər mənasını verir. Qiymət isə bir şeyin dəyəri və keyfiyyəti barədə fikir söyləmək, hökm vermək, qiymətləndirmək, dəyərləndirmək anlamında istifadə edilir. Biz duyğu orqanlarımız vasitəsilə (gözlər, qulaqlar, dil, burun, dəri) ətraf aləmlə əlaqə qururuq. Ünsiyyətdə olduğumuz bir insan, şahidi olduğumuz hər hansı bir hadisə, daddığımız bir yemək yaxud burnumuza gələn qoxu barədə bizdə müəyyən bir rəy, münasibət formalaşır.

Mövzumuz "İnsanları qiymətləndirmə meyarlarımız" olduğu üçün bu münasibəti hadisəyə yaxud predmetə nəzərən deyil, şəxslərə nəzərən araşdıracağıq. İnsanlara qiymət verərkən hansı əlamətləri rəhbər tuturuq? Təbii ki, hər kəsin yaşadığı mühitə, dünyagörüşünə, yaşam tərzinə uyğun qiymətləndirmə meyarları vardır:


Davamı →

Azalanda çoxalan xoşbəxtlik – “Minimalizm” kitabı haqqında

Ətrafda səs-küy, qaçaqaç, harasa tez çatmaq istəyi, gec qalmaq qorxusu, varlıq içində yoxluq, yoxluğun bolluğu, sahib olduqlarımızın həzzini, olmadıqlarımızın xiffətini çəkə-çəkə ömür bitir.
Doğulanda balaca qarına, öləndə balaca qəbirə yerləşən insan yaşayarkən yerə-göyə sığmır. Bəs nə edək sualına “Minimalizm” kitabında çox gözəl cavab veriblər.

Davamı →

Uşaqları sevməyimizin sirri

İllər öncə yaşadığım kirayə evin nəm çəkən divarları arasında ağlıma belə bir fikir gəlmişdi: “Həyat var olmaq uğrunda bütün növ canlılar arasında təşkil olunmuş qaçış turniridir”.

Məncə, insan şüurunun ən üstün xüsusiyyətlərindən biri də sual vermək qabiliyyətidir. Şüursuz olaraq qoynuna atıldığımız təbiətdə, şüurlu olaraq yaratdığımız cəmiyyətdə əldə etdiyimiz, yaratdığımız nə varsa, bunlar hamısı öncə beynimizdə formalaşdırıb, daha sonra axtarışına çıxdığımız sualların nəticəsidir. İnsanın düşünməyə başladığı andan etibarən özünə və ətrafındakılara verdiyi ilk sual da budur:
 

Davamı →

Ağrılar və sərçələr

  • Esse
Qaranquş yuvalarına baş çəkən
Sərçələri xatırlayıram tez-tez
Gedənlərin yuvası isinmir,
Gedənlərin yuvası bala çıxarmır,
Gedənlərin «yuva»sı boş qalır həmişə...

Gözlərimdə yaşıl bir vadi uzanır, Marqo. Yamyaşıl ağaclarla dolu, quşlar oxuyurlar, tən ortasından bir cığır uzanır. Xəfif yağış yağır. Həmin cığırda yorğun addımlarla bir qadın irəliləyir. Mənəm… Gedirəm, Marqo… Yanımda heç kim, əllərimdə heç nə yoxdur. Bu məktubu bitirəndən sonra həmişə etdiyim kimi vanna otağına keçərək qapını bağlayıb, suyu açacam. Sonra bütün varlığımla o qadının gedişinə ağlayacam. Və yaxşı ki, bunu bilən tək insan sən olacaqsan....

Davamı →

Paskal idealı - özünü aldatmadan yaşamaq

Fransız riyaziyyatçısı və mütəfəkkiri Blez Paskalın ((1623-1662) hələ 16 yaşı olanda konus kəsiklərinə aid yazdığı traktatına Qərb rasionalizminin banisi, böyük filosof Rene Dekart yüksək qiymət vermişdi. 1644-cü ildə isə Paskal ilk hesablama maşınını ixtira etmişdi. O, xüsusilə riyaziyyat elminə bir sıra yeniliklər gətirmiş, hidrostatikanın yaradıcısı olmuşdur. Paskal teoremi, Paskal qanunu da bu mütəfəkkirin adı ilə bağlıdır.
Lakin ömrü boyu gerçəkliyin və əbədiyyətin sirli mahiyyəti üzərində çılğın-gərgin ideya axtarışları, Paskalı varlığındakı uçurumların qırağınadək gətirib çıxartdı.

Davamı →

İnsana verilən kəramət

İnsanın ömrünün bütün zamanı kəramətdir. Çünki Allah Təala kəramət əsasında dünyanı xəlq etmişdir. Bu dünyanın xəlifələri isə kəramətli insanlardır. Bu, doğrudur ki, neft və qaz yerdən çıxır, ancaq bizim ruzimiz neft və qaz deyildir, Allahın da buyurduğu kimi, səmadan enəndir. “Sizin ruziniz (yağış, külək, nur, gecə, gündüz və fəsillər kimi ruzinizin təmin olunma vasitələri) və sizə vəd edilən şey (axirət cənnəti) – göydədir”. (“Zariyat” 22).
Davamı →

İnsanı əmək yaratmışdır

Insan tarixi inkişafın ilk mərhələsində təkamülün bioloji hərəkətverici qüvvələrinin təsirinə daha çox məruz qalmışdır. Daha sonra isə əmək fəaliyyəti nəticəsində təşəkkül etmiş sosial amillər bu təkamüldə (antropogenez*) mühüm rol oynamışdır. İctimai həyat tərzinin formalaşmasında birgəyaşayışın, əmək fəaliyyətinin xüsusi əhəmiyyəti olmuşdur. Səsin yaranmasında iştirak edən orqanlarda baş verən irsi dəyişkənlik nəticəsində nitq formalaşmışdır. Nitqin inkişafı ilə əlaqədar isə mücərrəd təfəkkür inkişaf etmişdir.
Davamı →

Ağac ək...

Ağac əkir bir qoca — öləcəyini bilir.
Nə bayağı mövzudur. Buna yazılmır şeir.
Yazıldı yazılmadı — qoca üçün nə fərqi?
Ağac əkir bir qoca — yeri gəldi gəlmədi.
Balaca koma dikib, bir oğul da böyütdü.
Yerinə tam yetirib məsəldəki öyüdü.
İndiysə ağac əkir çuxur qazıbdır yenə:
Ağac əkir bir qoca...
                                 … baş daşı əvəzinə.
Davamı →

"Çox gecdir" deyə bir zaman yoxdur!

Universitetin ilk günü dərsdə professorumuz əvvəl özünü təqdim etdi, sonra «Bu il yepyeni bir tələbəmiz var. Çox maraqlı biridir, görək tapa biləcəksinizmi?» dedi. Ayağa qalxıb ətrafa boylanırdım ki, yumşaq bir əl çiynimə toxundu. Döndüm. Üzü əməlli qırışmış bir yaşlı xanım, gülümsəyərək mənə baxırdı.

«Mənim adım Rozadır, gözəl qız. 87 yaşındayam. Tanış olduqsa, səni qucaqlaya bilərəm?»
Güldüm. "Əlbəttə" dedim. Elə ürəkdən qucaqladı ki, " Bu qədər gənc və məsum yaşda niyə universitetə gəlmisiz?" deyə zarafat etdim.
Davamı →

Yaxşı, yoxsa ədalətli insan olmaq?

  • Esse
“Yaxşı insan olmaq asandır, çətin olan ədalətli insan olmaqdır”
Viktor Hüqo

Ətrafımda bir xeyli yaxşı insan var. Bəli, həqiqətən belədir. Həmin insanların mərhəmətini, sadəliyini, qonaqpərvərliyini, yardımsevərliyini çox görmüşəm. Oxşar isti münasibəti Qərb ölkələrində də görmək mümkündür, ancaq orda ədalətli olmaq yaxşı olmaqdan üstün tutulur və bu, onların davranışından aydın sezilir.

Biz şərqlilər istiqanlı, aşırı ünsiyyətcil, mərhəmətə daha meyilli və qonaqpərvərik. Bu, danılmaz faktdır. Kənardan gələn qonaqlar bu enerjini aşkar görür və tez-tez dilə gətirirlər.
Davamı →