İran tarixi İkinci Dünya Müharibəsindən sonra

İkinci Dünya müharibəsində İran özünü bitərəf elan etsə də, şah hökumətinin Almaniya ilə yaxınlaşması onun ərazisinin 1941-ci ildə SSRİ və İngiltərə qoşunları tərəfindən işğal edilməsinə səbəb oldu. Rza şah devrildi və onun oğlu Məhəmməd Rza (1941–1979) şah elan edildi. Razılaşmaya əsasən, müharibə bitdikdən sonra bu dövlətlər qoşunlarını geri çəkməli idilər. Ona görə də ABŞ və İngiltərə qoşunları 1945-ci ildə İranı tərk etdilər. Lakin sovet qoşunları işğal bölgəsi olan Cənubi Azərbaycanda qalırdı. Cənubi Azərbaycan məsələsi Soyuq müharibənin başlanmasına təsir edən amillərdən biri oldu. Bu məsələ 1945-ci ildə yaradılmış BMT-nin Təhlükəsizlik Şurasında müzakirə edilən ilk hadisə idi.


Davamı →

İranın Birinci Dünya Müharibəsindən sonra tarixi

Qacarlar dövləti. Birinci Dünya müharibəsində bitərəfliyini elan etməsinə baxmayaraq, Qacarlar dövlətinin ərazisi vuruşan dövlətlərin mübarizə meydanına çevrilmişdi. Rusiyanın müharibədən çıxmasından, Almaniya və Osmanlı imperiyalarının Birinci Dünya müharibəsində məğlubiyyətindən sonra bu dövlətin ərazisi, demək olar ki, bütünlüklə ingilis ordusu tərəfindən zəbt edilmişdi. Belə şəraitdə iqtisadiyyat çökmüş, ölkə müflisləşmiş, məclis buraxılmışdı. Dövlətdə hökumət kabinetləri tez-tez dəyişilirdi. İngilispərəst Vüsuquddövlə hökuməti məclisin razılığı olmadan Konstitusiyanı pozaraq 1919-cu ildə İngiltərə ilə saziş imzaladı. Bu saziş Qacarlar dövlətinin ordusunu, maliyyəsini, yol tikintisini, xarici ticarəti və ölkənin digər ictimai-siyasi sahələrini ingilislərin nəzarətinə verdi.


Davamı →

Əhəmənilər

İran yaylasının qədim əhalisi. Qədimdə İran yaylasında yaşayan əhalinin tərkibi müxtəlif olmuşdur. Bu yerlərin ən qədim sakinləri elamlar idilər. Çox sonralar bu əraziyə ari tayfaları gəlmişlər. Əvvəllər arilər Şərqi Avropa çöllərində yaşamış və maldarlıqla məşğul olmuşdular. Е.ə. II minilliyin axırlarında ari tayfalarının bir hissəsi Xəzər dənizinin qərb sahilləri ilə Qafqazdan, digər hissəsi Mərkəzi Asiyadan keçib indiki İran ərazisində məskunlaşmışlar. Gəlmə arilər tədricən yerli əhali ilə qarışmışdır və yerli əhali onların dilini qəbul etmişdir. Е.ə. VIII əsrin 2-ci yarısından başlayaraq Qərbi İranda irandilli tayfalar üstünlük təşkil etmişdir.
Davamı →

Manilik haqda

Manilik xristiyanlıqla islam dininin zühur etdiyi dövrlər arasın- dakı zaman kəsiyində meydana çıxmışdır və qısa müddət ərzində güclü şəkildə yayılmış, sıralarına imanlı davamçılar əlavə edə bil- mişdir. Bu din Buddizmlə Sabiliyin təlimlərini və düşüncə tərzini nəzərə almaqla Zərdüştlük ilə Xristiyanlığın qarışığından əmələ gələn dindir. Bu dinin irfani və insani prinsipləri onun güclü şəkildə yayıl- ması üçün münbit şərait yaratdı, şərqdə Çinə və qərbdə mərkəzi Av- ropaya qədər genişlənmişdi. İran və Roma dövlətlərinin şahları Mani- lərlə düşmənçiliyə başladılar və onları dəstə-dəstə qətliam etdilər. Sonda Avropanın dini təftiş məhkəməsi (İnkivizasiya) 13-cü əsrdə Manilərin sonuncu dəstəsini də yer üzərindən sildi.
Davamı →

Mətbuatın Oğurladığı Kimlik

Facebook hesabından götürülən şəkil onun qaçqın həyat tərzi sürməsinə səbəb oldu. Şəklinin qara əklil üzərinə yapışdırılaraq matəminin keçirilməsi bütün aparıcı dünya telekanallarının baş xəbəri olan müddət o sadəcə olaraq bunları teleekrandan izləyərək, ağlını itirməməyə çalışırdı. Hər şey isə mətbuat nümayəndələrinin diqqətsizliyi nəticəsində baş verdi.

Neda


Ardı →

İran xıx əsr–xx əsrin əvvəllərində

xıx əsrin əvvəllərində İran feodal, bəzi yerlərdə isə yarımfeodal münasibətlərin tam hökm sürdüyü aqrar bir ölkə idi. Şəhərlərdə orta əsrlərə məxsus sex quruluşunu saxlamış olan sənətkarlıq geniş yayılmışdı. Sadə manufakturalar da mövcud idi. İran qeyri məhdud feodal monarxiyası idi. Ölkəni mənşəcə türk olan Qacarlar sülaləsi (1796-1925) idarə edirdi. Fətəli şah (1797-1834) çox nadir hallarda feodalların və ali ruhanilərin məşvərətçi şurasını çağırırdı. Dövlətin idarə işləri baş vəzirin əlində cəmləşmişdi. İngiltərə və Fransa xıx əsrin əvvəllərində İranın daxili işlərinə fəal surətdə müdaxilə etməklə Yaxın Şərqdə öz təcəvüzkarlıq məqsədləri üçün onun ərazisini əməliyyat meydanına çevirməyə çalışırdılar. 1814-cü ilin noyabrında İngiltərə ilə İran arasında imzalanmış Tehran müqaviləsindən sonra İngiltərənin İranda mövqeyi xeyli möhkəmləndi. Herat üstündə ingilis-İran münaqişəsi İranın məğlubiyyəti ilə nəticələndi. 1841-ci ildə İngiltərə ilə İran arasında ticarət müqaviləsi imzalandı. Qeyri-bərabər şərtlərlə imzalanmış bu müqavilə nəticəsində İran iqtisadi cəhətdən İngiltərədən asılı vəziyyətə düşürdü. 1845-ci ildən etibarən İran getdikcə Avropa ölkələrinin xammal mənbəyi və satış bazarında çevrilirdi.


Ardı →

1978-79-cu illər İran inqilabı və Cənubi Azərbaycan

70-ci illərin sonunda İranda Azərbaycan məsələsinin həllini tələb edən qüvvələr zəhmətkeşlərin marağını təmsil edən sollar və xırda burjuaziyaya mənsub solçu demokrat təşkilatlar idi (İXP və ADF 60-cı illərin əvvəllərində birləşdi, aralarındakı ziddiyyətlər milli çəkişməyə çevrildi. Xalq ona inamını itirdi). Vəziyyət sosial partlayışa doğru aparırdı. 1977-ci ilin payızından Cənubi Azərbaycanda tələbə və şagirdlərin nümayişləri başlandı. Ən böyük çıxış 1977-ci il Milli Hökumətin ildönümü günü oldu.
1978-ci ilin yanvarında Qumdakı çıxışlarda artıq şah rejiminin ləğv edilməsi tələb edilirdi. Fevralın 18-də (29 bəhməndə) Təbrizdə Şəriətmədarinin çağırışı ilə dini başçıların müraciəti əhalini üsyana qaldırdı. Bu üsyanda 100 min nəfər iştirak etdi.


Ardı →

İran III-VIII əsrlərdə

Sasanilər dövlətinin yaranması və onun işğalları. III əsrin əvvəllərində Roma ilə Parfiya arasında uzun müddət davam edən müharibə Parfiya dövlətini zəiflətdi. Sasanilər nəslindən olan I Ərdəşir Babəkan 224-cü ildə Parfiya hakimi VArbatanı Suzian döyüşündə məğlub etdi, paytaxt Ktesifonu (Mədaini) tutdu. 226-cı ildə özünü şahənşah elan etdi və Sasanilər dövlətinin əsasını qoydu. IV əsrin sonunda Cənubi Qafqaz romalılar və sasanilər arasında bölüşdürüldü və sasanilər Albaniya ilə İberiyanı öz dövlətinin tərkibinə qatdılar. Atropatena torpağının münbitliyinə və təbii sərvətlərinin zənginliyinə görə Sasani dövlətinin iqtisadiyyatında müstəsna rol oynayırdı.
Ardı →