Da Vinçi kodu

Elmi dairələrdə “İsanın arvadının İncili” («The Gospel of Jesus`s Wife) adlandırılan papirus parçasının həqiqi olduğu sübuta yetirilib. O da sübut olunub ki, həmin sənəd Matfey, Luka, İohann və Mark incilləri ilə eyni dövrə mənsubdur.
Rusiyanın `Komsomilskaya Pravda` qəzeti yazır ki, iki il əvvəl Harvardın ilahiyyat professoru Karen Kinq Romada keçirilən 10-cu Kopt Araşdırmaları Forumunda sensasion sənəd nümayiş etdirmişdi. Qədim kopt (Misirin ilk xristianları belə adlanırdı) dilində olan papuris parçasında İsanın evli olmasına dair açıq eyhamlar var.
Ölçüləri 4x8 santimetr olan papirusda 8 sətr yazı var, 9-ci sətrin izləri görünür. 


Ardı →