Hz. Əbu Bəkir (r.a.)

Hz. Əbu Bəkir miladi təqvimi ilə 573-cü ildə doğulmuş, hicrətdən 13 il sonra Mədinədə 634-cü ildə vəfat etmişdir. Qəbri, Məscidi-Nəbəvidə, Peyğəmbərimizin (s.ə.s.) yanındadır. Kişilər içərisində Peyğəmbərimizə (s.ə.s.) ilk inanan odur. “Sıddıq”, yəni Peyğəmbəri doğrulayan, təsdiq edən ləqəbi ilə tanınır. Peyğəmbərimizin Məkkədən Mədinəyə hicrəti əsnasında Hz. Əbu Bəkir ona yol yoldaşı olmuşdu. Bu yolçuluqda Sevr mağarasında bir müddət bərabər olduqları üçün “Yari Gari Nəbi”, yəni “Hz. Peyğəmbərin mağara dostu” deyə anılır.

Hz. Əbu Bəkir Peyğəmbər sevgisində fani olmuş bir insandı. Bir gün Kəbədə insanları Allah və Rəsuluna iman etməyə çağırmışdı. Buna hirslənən müşriklər Hz. Əbu Bəkirlə möminlərin üzərinə gedib onları döyməyə başladılar. Hələ fasiq Utbə Hz. Əbu Bəkirin üzərinə çıxıb tapdaladı, üzünü dəmir dabanlı ayaqqabıları ilə təpiklədi. Hz. Əbu Bəkirin hər tərəfi qan içində qaldı. Qəbiləsi Teymuroğulları Hz. Əbu Bəkiri müşriklərin əlindən çətinliklə qurtarıb huşsuz halda evinə gətirdilər. Ölməyindən çox qorxurdular. Hz. Əbu Bəkir ancaq axşama özünə gələ bildi və ilk olaraq min bir əziyyətlə:
Davamı →

İmam Hüseynin (ə) qatillərindən biri - Übeydullah ibn Ziyadın aqibəti

Kərbəla faciəsinin qanlı cinayətkarlarından biri də Übeydullah ibn Ziyaddır. Onun atası Ziyad hicrətin birinci ilində və ya Bədr döyüşü baş verən gündə anadan olmuşdur. Atasının kimliyi mübahisə obyektidir.

Camaat onu Übeyd Səqəfinin oğlu kimi qəbul edirdi. Amma Əbu Süfyan həmişə iddia edirdi ki, Ziyadın əsl atası odur. Elə buna görə hicri 44-cü ildə Müaviyə ibn Əbu Süfyan Ziyadı rəsmən öz qardaşı adlandırmış və bu barədə hər yerə car çəkdirmişdi.

 


Ardı →

Aşura qatillərinin aqibəti

“Allahım, yer üzünün bərəkətini onlara haram et, onları dəstə-dəstə parçalayıb dağıt, ...onları zillətlə öldür, birini də sağ buraxma!”.
(Aşura günü Imam Hüseynin (ə) öz düşmənləri üçün etdiyi bəd-dua)

Tarixdən məlumdur ki, Aşura faciəsi zamanı İmamın və səhabələrinin qətlində əli olan əksər şəxslər öz cinayətlərinə müvafiq şəkildə cəza almışar. Imamın intiqamını almaq şüarı ilə çıxış edən Muxtar bu şəxslərin hər birini ayrı-ayrılıqda ələ keçirib ən amansız üsullarla edam etdi. Kərbəla hadisəsində iştirakı şübhəsiz olan adamları öldürəndən sonra bir qayda olaraq bədənini yandırıb külünü havaya sovururdular. Sıravi adamları əl keçirəndə isə əvvəlcə onların bu cinayətdə əli olub-olmadığını yoxlayır, günahı olduğu təqdirdə öz cəzasına çatdırırdılar. Muxtar hətta Aşura qatillərini o qədər murdar bilirdi ki, ayaqqabısı ilə onlara toxunandan sonra ayaqqabının altını pak edirdi.

Muxtarın əmri ilə cəzalandırılmış cinayətkarlardan bir neçəsinin aqibətini xatırladırıq:

 


Ardı →

Həzrət Fatimeyi Zəhra (s.a) haqqında.

Analar anası iki dünya xanımı Həzrət Fatimeyi Zəhra (s.a) haqqında.Üçüncü m'əsum Fatimə (ə.s.)Adı: Fatimə (s)Atasının adı: Məhəmməd (s)Anasının adı: Xədicə (s)Təvəllüdü: 20 Cəmadiyüs-sani, cümə günü, be᾽sətin 5-ci ili.Doğulduğu yer: MəkkəŞəhadət ili: Hicri 11-ci ilDəfn olunduğu yer: Mə᾽lum deyildir.Tarixdə qadın Tarixə nəzər saldıqda görürük ki, qadından qədim xalqlarda bir əmtəə kimi istifadə olunur və əmtəə kimi də heyvanlarla dəyişdirilirdi.Islamdan əvvəl, cahiliyyət dövründə isə qadınları bədbəxtlik səbəbi hesab edir, buna görə də qız uşaqlarını diri-diri basdırırdılar.


Ardı →

14 məsum (13)

ON ÜÇÜNCÜ MӘSUM

IMAMIN ŞӘXSIYYӘTI


Adı: Həsən


Ləqəbi: Әskəri


Künyəsi: Әbuməhəmməd


Atası: Həzrət imam Әliyyən Nəqi (ə)


Təvəllüdü: Hicri 232-ci il


Imamlıq müddəti: 7 il


Ömrü: 28 il


Şəhadəti: 260-cı Hicri-qəməri ilində Abbasi xəlifəsi Mö᾽təmid tərəfindən şəhid edildi.


Məzarı: Iraq Samirra şəhəri


Ardı →

14 məsum (12)

                                                                                                    İMAM ƏLİ (ƏLEYHİSSALAM)


Ləqəbləri: Hadi, Nəqiyy, Mütəvəkkil, Əskəri, Nəcib, Mürtəza, Alim, Fəqih, Əmir, Dəlil, Əmin, Mötəmən, Təyyib, Nasih, Miftah.
Künyəsi: Əbül-Həsən Salis.
Atası: İmam Muhəmməd Cavad (əleyhissalam).
Anası: Səmmanətül-qanitə (Məğribiyyə, Süsən).
Doğulduğu gün: 15 Zilhиccə (başqa bir rəvayətə görə 5 Rəcəb).
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: 212-ci hicri ili.
Şəhid olduğu gün: 3 Rəcəb.
Şəhid olduğu il: 254-cü hicri ili.
Ömrü: 41 il.
Şəhadət səbəbi: Əbbasi xəlifələrindən olan Mötəmid onu zəhərləmişdir.
Dəfn olunduğu yer: Samirra.
Övladlarının sayı: 5 (4 oğlan, 1 qız).


Ardı →

14 məsum (9)

İMAM MUSA (ƏLEYHİSSALAM)

Ləqəbləri: Kazim, Zahir, Vəfiyy, Əmin, Zeynül-Müctehidin, Ənnəfsüz-Zəkiyyə, Əbdisaleh, Siqə, Təyyib, Səyyid, Məmun.
Künyəsi: Əbül-Həsən Sani.
Atası: Cəfər Sadiq (əleyhissalam).
Anası: Həmidə.
Doğulduğu gün: 7 Səfər.
Doğulduğu yer: Əbva (Məkkə və Mədinə arasında).
Doğulduğu il: 128-ci hicri ili.
Şəhid olduğu gün: 25 Rəcəb, cümə günü.
Şəhid olduğu il: 183-cü hicri ili.
Ömrü: 55 il.
Şəhadət səbəbi: Harunər-Rəşid zindanda onu zəhərləmişdir.
Dəfn olunduğu yer: Kazimeyn şəhəri.
Övladlarının sayı: 36 (19 oğlan, 17 qız).


Ardı →

14 məsum (6)

İMAM ZEYNALABDİN (ƏLEYHİSSALAM)

Ləqəbləri: Zeynül-Abidin, Səccad, Zeynüs-Salihin, Varisu elmin-nəbiyyin, Mütəhəccid, Zəkiyyə, Əmin, Zahid, Abid, Ədl, Bəkka.
Künyəsi: Əbu Muhəmməd.
Atası: Peyğəmbərin (s) nəvəsi Hüseyn (əleyhissalam).
Anası: Yəzdgirdin qızı Şəhrəbanu (Qadınlar şahı).
Doğulduğu gün: 15 Cəmadiül-əvvəl.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: 36-cı hicri ili.
Şəhid olduğu gün: 25 Məhərrəm.
Şəhid olduğu il: 95-ci hicri ili.
Ömrü: 57 il.
Şəhadət səbəbi: Hişam ibni Əbdül-məlik qardaşı Vəlidin hakimiyyəti dövründə o Həzrəti zəhərləmişdir.
Dəfn olunduğu yer: “Bəqi” qəbiristanlığında əmisi Həsənin (əleyhissalam) məzarının yanında.
Övladlarının sayı: 15 (11 oğlan, 4 qız)


Ardı →

14 məsum (5)

İMAM HÜSEYN (ƏLEYHİSSALAM)

Ləqəbləri: Seyyidüş-şühəda, Rəşid, Təyyib, Vəfiyy, Zəkiyy, Seyyid, Səid, Mübarək, Sibtüs-sani, Əttabiu-limərzatillah, Əşşəhidu bi-Kərbəla, Əddəlilu əla zatillah, Əl-imamus-salis.
Künyəsi: Əbu Əbdillah.
Atası: Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam).
Anası: Fatimeyi Zəhra (salamullahi əleyha).
Doğulduğu gün: 3 Şəban.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: Hicrətdən 3 il sonra.
Şəhid olduğu gün: Məhərrəmin onu, cümə günü.
Şəhid olduğu il: 61-ci hicri ili.
Ömrü: 58 il.
Şəhadət səbəbi: Yezid ibn Müaviyənin hökmü ilə öz əhli-beyti ilə birlikdə şəhadətə çatmışdır.
Dəfn olunduğu yer: Müqəddəs Kərbəla şəhəri.
Övladlarının sayı: 6 (4 oğlan, 2 qız).


Ardı →