Məhərrəmlik ayı

Məhərrəm ayı Hicri tarixi ilə yeni ilin ilk ayı hesab olunur. Müsəlman dünyasında Məhərrəm ayının xüsusi yeri var. Çünki bu ay həm İslam təqviminin yeni ilinin ilk ayı, həm də Kərbəla faciəsinin baş verdiyi aydır.


Davamı →

Kiçik günahlar

Hər bir insan həyatı aldığı tərbiyəyə uyğun dərk edir. Həyat insanı daim sərt sınaqları ilə yoxlayır, bərkə-boşa salır… Bu həyatda günah və savab deyilən iki amil, fakt var. İstər dini, istər əqli cəhətdən — əməllərimizin iki qütbü var! Ya xeyirli əməl (savab), ya da ziyanlı əməl (günah).

1. Xeyirxah əməl (savab) — bəzən tez-tez eşidirik: «Kiçikdir, anlamır, günahına yazılmır...» və ya «Dəliyə baş qoşma»… Demək, kiçik yaşda olması və ya əqli çatışmazlıqdan edilən əməllər, düşünülmədən edilən, pis niyyətlə edilməyən əməllər günah, pis əməl sayılmır. Amma kiçik uşaq və hətta ruhi xəstə belə kiçik də olsa xeyirxah əməl edə bilər! Atalar misalıdır: «Dəlidən doğru xəbər»… Bir kiçik uşağın böyüyə yer verməsi, zibili təmizləməsi, gücü çatmasa da yardım etmə istəyi əlbəttə, hamıya xoş gələr!

Bir də görürsən ruhi xəstə qəfildən elə bir xeyirxah əməl edir ki, məəttəl qalırsan. «Ağıllı» birinin bədxah əməlinə heç belə çaşmırsan...

Amma bu mövzum «kiçik günah» haqdadır.


Davamı →

Məhəmməd Peyğəmbərin doğum günü

Həzrəti Peyğəmbərin doğum günü rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən Mövlud gecəsidir.
Mövlud gecəsi Ramazan və Qurban bayramlarından başqa müsəlmanların mübarək saydıqları beş gecədən biridir. Bunlar Rəcəb ayının ilk cümə gününə təsadüf edən Rəqaib gecəsi, həmin ayın 27-sinə təsadüf edən Merac gecəsi, Şaban ayının 15-nə təsadüf edən Bəraət gecəsi və Rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən Mövlud gecəsidir. Tarixi və dini mənbələrə görə Məhəmməd

Davamı →

İslam Anlayışı

Müsəlmanların inancına görə İslam, insanlara göndərilən son ilahi dindir. Quranın mənbəyi Allah, obyekti isə imandır. İslam ümumbəşəridir. Din, dil, cins, irq fərqi qoymadan, bütün insanlığa xitab edir. Bu nöqteyi-nəzərdən İslam, dünya tarixində göndərilən ilahi dinlərin ən kamili və ən sonuncusudur. Bütün bəşəriyətin dinidir. Bütün insanlığın, dünyada və axirətdə xoşbəxt olmasını qarşısına məqsəd qoymuşdur.

Davamı →

Hindistanda mövcud olan dinlər

Əhalisinin 1,3 milyard olduğu Hindistanda nə qədər dinin olması maraq doğurur. Çindən sonra dünyanın ən çox əhalisi olan ikinci ölkəsi dinlərinin çoxluğu ilə də fərqlənir. Hindistanda dinlərin müxtəlif ibadət formaları var. Vaxtilə müsəlmanların nəzarətində olan bu ölkə sonralar İngiltərə müstəmləkəsi olub, indi isə hinduların hakimiyyəti altındadır.

Davamı →

Raşidi xəlifələr dövründəki dövlət təşkilatı

İslam Peyğəmbəri Hz. Məhəmməd (s.ə.s) miladi 571-ci il aprelin 20-də Məkkədə doğuldu, 632-ci il iyunun 8-də Mədinədə vəfat etdi. Beləliklə Peyğəmbər dövrünün İslam tarixi sona çatdı. Artıq müsəlmanlar Hz. Peyğəmbərin həyatda olmadığı bir dövrə girdi. Bu dövrdə müsəlmanlar Hz. Peyğəmbərin məşhur səhabələri tərəfindən idarə edildilər. Hz. Əbu Bəkr, Hz. Ömər, Hz. Osman və Hz. Əlinin dövlət başçısı olduqları bu otuz ilə yaxın dövrə İslam tarixində Raşidi Xəlifələr dövrü deyilir.

Davamı →

İrtidat-İrtica Hərəkatları və Hz. Əbu Bəkrin Mövqeyi

Hz. Məhəmmədin (s.ə.s) vəfatından sonra Ərəbistanın müxtəlif yerlərində bəzi irtidat və irtica hərəkatları başladı. Bu kimsələrdən bir qismi mürtəd, bir qismi də mürtəce idi. İrtidat edənlər, Əsvədi-Ansi ilə Tüleyha, Səlma və Səcahın ətrafinda toplanan kimsələr idi. İrtica edənlər isə, müsəlman qalmaq şərtiylə “Namaz qılarıq, amma zəkat vermərik” kimi sözlərlə dindəki bəzi fərz əmrləri yerinə yetirmək istəməyən kimsələrdi. Məkkə və Mədinədə irtidat hadisəsi olmadığı kimi, Taifdəki Sakif qəbiləsində də belə bir hadisə yaşanmadı. Ancaq, bəzi qəbilələrdə bu hadisələr yaşandı.

Davamı →

Tarixin əhatə etdiyi mövzular

Tarix keçmişdə cərəyan edən hadisələrin nəqli olduğundan, çox genişdir. Buna görə tarix elmində bütün şöbələriylə kamala çatmış bir tarixçi göstərmək çox çətindir. Tarix, hadisələrin cərəyan etdiyi yer və ölkələr baxımından coğrafiya elmini, insanla əlaqədar olduğu üçün sosiologiyanı, bizdən əvvəlkilərin məlumat və tapıntılarını da nəql etdiyi üçün riyaziyyat, tibb, hüquq, fəlsəfə, əxlaq kimi elmlərin ümumiləşdirmələrini də əhatə edir. Hətta bütün elmlərin incələnməsi eynilə tarixçiliyi tələb etdiyindən elmlər tarixinə də uzanır.


Davamı →

Müasir dövrdə İslam və Fəzlur Rəhman hermenevtliyi

İnsan özlüyündə sosial bir varlıqdır – icma halında yaşamaq, onun təbiətindən irəli gəlir. İnsanın ən təməl ehtiyacı olan konatus (həyatda qalma) üçün sosiallıq şərtdir. Cəmiyyət isə nizam əsasında mövcuddur. Nizamın təməli hüquq və ədalət, bunların əksi isə insanın təməl ehtiyacı olan konatusla ziddiyyətə girən anarxiya və xaosdur. Hüquq, ədalət və qanundan danışdığımız yerdə, bunların arxasında mütləq mənada gücün dayandığını da nəzərə almalıyıq. Güc isə özlüyündə boyun əydirmə, itaət etdirmədir. Ədalət və hüquq  öz mövcudluqlarını gücə borcludur, obrazlı desək qanunu qılınc yaradır.

Davamı →