Dünyanın ən dəqiq insanları haradadır?

İsveçrə dünyanın ən dəqiq ölkəsidir. Alp dağları üzərində yerləşən bu ölkədə, hər kəs zaman və təmizliyə çox önəm verir. Bu vəziyyətə öyrəncəli olmayan insanlar, qarışıq hisslər yaşaya bilər, təəccüb və rahatlıqla yanaşı, bir az da narahatlıq hiss edərlər. Dəqiqlik isveçrəlilərin həyatının bir parçası və xoşbəxtlik qaynağıdır. Xüsusilə də, İtaliya və Fransa kimi zamanla oynayan ölkələrdən sonra, İsveçrəyə gedənlər, buradakı dəqiqliyə qarşı fərqli hisslər keçirir.

Davamı →

İsveçrə haqqında maraqlı məlumatlar

İsveçrə dedikdə ağlımıza etibarlı banklar və şokoladlar gəlir, amma bunlar İsveçrə haqqında kəşf edəcəyiniz ən heyrətamiz şeylər deyil! Başqa tərəflərinə baxaq.

1. İsveçrənin prezidenti və paytaxtı yoxdur.
İsveçrənin prezidenti və paytaxtı yoxdur, amma ölkədə 4 rəsmi dil var. Vətəndaşlar, parlamentin qəbul etdiyi hər hansı bir qanunu ləğv etmək hüququna malik deyillər.

2. Silahlarla bağlı liberal bir qanun var.
Bir çox insan İsveçrənin pasifistlərin ölkəsi olduğunu düşünür, çünki hər hansı bir hərbi münaqişədə bitərəf qalırlar. Ancaq bu tamamilə doğru deyil. Kişilər üçün hərbi xidmət məcburidir və 18 yaşında başlayır. Kişi əhalinin ən böyük hissəsi ordu rezervindədir, bu səbəbdən kişilərin evdə silahları var və hər an onları istifadə etməyə hazırdırlar.
Davamı →