Qərbi Avropa ölkələri və Amerika Birləşmiş Ştatları

Böyük Britaniya. Böyük Britaniya müharibədən qalib çıxsa da, ABŞ və SSRİ-dən geridə qalırdı. 1945-ci ilin iyulunda keçirilən parlament seçkilərində hakimiyyətə gələn leyborist Klement Ettli hökuməti milliləşdirmə siyasətinə başladı. Kömür, qaz, poladtökmə, elektrik enerjisi, kimya sənayesi sahələri, rabitə vasitələri, daxili nəqliyyat və banklar milliləşdirildi. Siyasi sahədə leyboristlər parlamentdə Lordlar palatasının hüquqlarını məhdudlaşdırmağa müvəffəq oldular.
Xarici siyasətdə ən mühüm məsələ imperiyanın qorunub saxlanması idi. Hökumət Hindistan, Seylon, Birma, Fələstin və İordaniyaya istiqlaliyyət verməyə məcbur oldu. Leyboristlərin keçirdiyi islahatlar lazımi nəticə vermədi. Vergilərin artması, kartoçka sisteminin saxlanması leyboristlərin nüfuzunu aşağı saldı.
1951-ci ilin parlament seçkilərində mühafizəkarlar qalib gəldilər. Uinston Çörçil yenidən baş nazir oldu. O, poladtökmə sənayesini və nəqliyyatı yenidən özəlləşdirərək keçmiş sahiblərinə qaytardı.

Davamı →

İtaliya iki dünya müharibəsi arasında

Dünya müharibəsindən “qaliblər sırasında məğlub dövlət” kimi çıxmış İtaliyanın əhalisinin bütün təbəqələri arasında müharibədən əldə edilən cüzi faydalara görə məyusluq vəbədbinlik hissi var idi. Ölkədə mürəkkəb siyasi böhran vəziyyəti hökm sürürdü. Katolik kilsəsi ilə dövlət arasında gərgin münasibətlər mövcud idi. Hakim dairələr sosial etiraz hərəkatlarına qarşı mübarizədə faşist təşkilatlarının qüvvələrindən istifadə edirdilər.

Faşistlərin rəhbəri Benito Mussolininin əmri ilə onun on minlərlə tərəfdarı 1922-ci ildə Romaya daxil oldu. Kral Mussolinini hökumətin başçısı təyin etdi.


Davamı →

İtaliya XIX əsrin I yarısında.

XIX əsrin əvvəllərində İtaliya ərazisi yenidən Avropa dövlətlərinin müharibə meydanına çevrildi. İtaliya dövlətlərinin və Avstriyanın Fransa ordularının müdaxiləsinə qarşı apardıqları uğursuz müharibələr nəticəsində ölkənin bir hissəsi fransız qoşunlarının işğalı altına düşdü. Yalnız Siciliya və Sardiniya bu işğaldan kənarda qalırdı. 1802-ci ildə Napoleon Bonapartın başçılığı ilə işğal olunmuş əraziləri əhatə edən İtaliya respublikası yaradıldı. Müharibələr təsərrüfatda dağıntılara səbəb oldu. Fransız qoşunlarının zəbt edilmiş ərazilərdə apardığı genişmiqyaslı müsadirələr əhalinin vəziyyətini daha da ağırlaşdırdı.
Davamı →

Romanın respublika və imperiya dövrü diplomatiyası

İtaliyanın işğalı Romanı Aralıq dənizi regionunun qüdrətli dövlətinə çevirmişdi. Romanın beynəlxalq əlaqələrində Misir, Suriya, Parfiya və Karfagen mühüm yer tuturdu. Karfagen şəhəri ilə iqtisadi əlaqələr hələ e.ə. IV əsrdən başlamışdı. Siciliya, Sardiniya və Korsikanı tutduqdan sonra Karfagen tacirləri tez-tez Romaya gəlirdilər. Onların gəmiləri Romanın başqa ölkələrlə ticarətində də iştirak edir, Romaya Karfagen tacirləri xəz, gön, fil sümüyü, meyvə, şərab, ağac məmulatı, şüşə, güzgü, boya, əlvan parçalar və s. gətirir, Romadan isə mal­qara, taxıl, duz, yağ, zeytun yağı və s. aparırdılar. E.ə. 273-cü ildə Misir padşahı Ptolomey Romaya elçi göndərərək “İttifaq və dostluq” yaratmağı təklif etmiş, Roma da cavabında oraya nümayəndəlik göndərmişdi.
İtaliyanın işğalının başa çatması, Kapuya, Tarent, Neapol, Brundiziya və s. liman şəhərlərinin tutulması romalılarının dəniz ticarətinin genişləndirməsinə şərait yaratmışdı. Romalılar öz müttəfiqlərinə və tabe edilmiş şəhərlərə bilavasitə xarici ölkələrlə iqtisadi əlaqə saxlamağı qadağan etmişdilər. Xarici əlaqələrin saxlanılması Roma dövlətinə məxsus idi.


Ardı →

qədim İtaliya tarixi

Avropanın cənubunda Aralıq dənizinə doğru uzanan Appennin yarımadasını qədim dövrlərdən yunanlar İtaliya adladırmışlar ki, tərcümədə «Buzovlar ölkəsi» deməkdir. Yarımada İoniya, Tirren və Adriatik dənizləri iləəhatə olunur, Italiyaya Siciliya, Sardiniya və Korsika kimi böyük adalar da buraya daxil edilir. 
Romanın hərbi demokratiya və padşahlıq dövrü sinfi cəmiyyətə xas amillərin meydana gəlməsi ilə xarakterizə olunur. Bununla bərabər, nəsli quruluşun qalıqları da uzun müddət davam etmişdi ki, bu özünü xalq yığıncağı vasitəsilə idarəçilikdəəks etdiridi.  Romada 300 qədim nəslin olduğu məlumdur. Hər 10 nəsil bir kuriyada birləşirdi. 10 kuriya isə bir tribanı (tayfanı) təşkil edirdi. Beləliklə, Romada 3 triba olmuşdu ki, hər triba bir tayfanı təşkil edirdi. 300 qəbilə (üç tayfa ittifaqı) Roma xalqını (populus Romanus) təşkil edirdi. Romanın idarəçiliyi xalq yığıncağı (komissiyalar), senat və reks (padşah) tərəfindən həyata keçirilirdi ki, ən qədim Romada bu üç hakimiyyət orqanı mövcud idi. Romalılar hələ qədim dövrlərdən bütün mühüm işləri xalq yığıncaqlarında (comitia) həll edirdilər. Senatda əvvəlcədən baxılan məsələlər rəsmən xalq yığıncağında qəbul olunurdu.
Romada quldarlıq münasibətlərinin və dövlətin yaranması nəticəsində tədricən keçmiş qəbilə quruluşuna əsaslanan idarə sistemi də öz formasını dəyişərək dövlət hakimiyyətini idarə sisteminə çevrilmişdi.


Ardı →