İtalyanca necə sevgi dilinə çevrilib?

İtalyan dilinin tərzi və lüğəti, yazıçı və şairlərin əsrlərə dayanan gözəllik və sevgi təranələri əsasında formalaşıb.
Bu yaxınlarda yenə başıma gəldi. ABŞ-da yaşadığım şəhərin küçələrindən birində gəzişirdim və birdən qulağıma italyanca danışan bir cütlüyün səsi gəldi. Tələsib onlara tərəf getdim ki, daha yaxında yeriyib, qulaq müsafiri ola bilim. Onların danışığından belə başa düşdüm ki, evlərini yenidən təmir etməyi planlaşdırırlar.

Heç də lətafətli söhbət deyildi. Amma, sözlər o qədər gözəl səslənirdi ki, gözümdən yaş süzüldü. Eyni göz yaşları Florensiyada iki il yaşadıqdan sonra, Amerikaya qayıdarkən də məni müşayiət etmişdi.
Niyə mənim şəhərimdə gözəllik bu qədər diqqətdən kənarda qalır?! İtalyanlar gözlərinə yaxşı görünən hər şeyi bello (gözəl) deyə tərif edirlər. İtaliyada gözəllik birinci gəlir. Heç italiyalıların özləri də geri qalmırlar.
Davamı →

Roma əbədi şəhərdir

Roma təkcə İtaliyanın paytaxtı deyil, həm də dünyanın ən qədim şəhərlərindən biridir. Roma açıq səma altında əsl muzeydir. Burada bir neçə min il əvvəl insanların necə yaşaması göz qabağındadır. Roma Tibr çayının sahillərində yeddi təpənin üstündə yerləşir. Onu Əbədi şəhər adlandırırlar. Axı, onun təqribən 3 min il yaşı var. Qədim əfsanəyə görə, Romanın bünövrəsini dişi canavarın süd verib bəslədiyi Romul və Rem adlı iki qardaş qoyub. Şəhərin hasarını tikən qardaşlar arasında mübahisə düşüb: görəsən, şəhər kimin olacaq? Qəzəblənən Romul Remi öldürüb və gələcək paytaxta öz adını verib: Roma. Beləcə, Romul Romanın yeddi hökmdarından biri olub. Ticarət yollarının kəsişməsində əlverişli bir yerdə yerləşən şəhər isə zaman keçəndən sonra qüdrətli Roma İmperiyasının paytaxtına çevrilib.


Davamı →

Piza qüllesi

Piza qülləsi İtalyanın Piza şəhərindədir və orta əsrlərin möhtəşəm tikililərindən hesab edilir. Bu qülləni hamı “düşən” qüllə adlandırır. Piza qülləsi “düşməsə” də, o, onsuzda bir möcüzə olaraq qalmaqdadır. Qüllənin ən alçaq tərəfinin torpaqdan hündürlüyü 55,86 metrdir və ən yüksək tərəfi isə 56,7 metr hesablanmışdır. Divarların enliliyi 4,09 metr və yuxarıya doğru istiqaməti isə 2,48 metr olduğu qeyd edilmişdir. Onun ümumi kütləsi 14453 ton hesab olunur. Tikilinin əyilmə meyli 3,97° sayılır. Şaquli vəziyyətindən 3,9 metr uzaq bilinir. Həmçinin qüllənin 294 pilləsi vardır.
Davamı →

Məşhur şəxsiyyətlər haqqında maraqlı məlumatlar

Məşhur Fransa imperatoru, bacarıqlı sərkərdə, Fransa inqilabi ordusunun generalı, Fransa Respublikasının birinci konsulu Napoleon Bonapart əslində italyan əsilli imiş. Hətta onun italyan olduğuna və uşaqlıqda Fransaya nifrət etdiyinə dair bir çox iddialar vardır. Çünki o, Korsikada doğulmuşdu və məşhur sərkərdə olduğu illərdə bu ada, italyanların əlindən fransızların əlinə yenicə keçmişdi.


Ardı →

İtaliyada gəzməli olduğunuz 6 şəhər

İtaliyaya gedib, oranın mədəniyyəti ilə bir neçə gün ərzində tanış olmaq mümkünsüzdü. Təkcə YUNESKO qeydiyyatında olan 47 heykəl, saysız-hesabsız muzeylər, Adriatik dənizinin sahilləri və təbii ki, üzüm bağları. Sizə İtaliyanın ən görməli yerlərini və şəhərlərini təqdim edirik.

Turin

İtaliyanın avtomobil paytaxtı, FIAT şirkətinin vətəni, 2006cı il qış Olimpiya oyunlarının təşkilatçı şəhəri. Turin- tarixi yerləri, muzeyləri gəzməyi sevən insanlarla yanaşı, şoppinq etməyi sevənlər üçün də əla yerdi. Burada Milanda olan bütün brend mağazalarına rast gələ bilərsiniz, sadəcə növbələrsiz və səs-küysüz. Ən əsası burada qədim xristian relikti olan- Turin kəfəni ilə tanış ola bilərsiniz.


Ardı →

Daşa dönən şəhər “Pompey”

PompeyBizim eranin 79-cu ilində İtaliyanın indiki Neapol şəhərinin yaxınlığında yerləşən Vezuvi vulkanından dumanlar yüksəlməyə başladı. Bir partlayış olacağını anlayan yerli xalq limana tərəf qaçmağa çalışdı. Gəmilərə minməyi bacaranlar bir daha geri dönməmək üzrə şəhərdən uzaqlaşmağa başladılar.Silkələnmə başlayanda 20 dəqiqə çəkən bir həyəcan yaşandı. Xalq təşvişə düşdü və Sarno çayından 600 m uzaqda yerləşən limana tərəf qaçmağa başladı. Bədbəxtçilikdən onların yolunu dəniz qabarması kəsdi. Silkələnmədən yaranan nəhəng dalğalar gəmiləri sanki oyuncaq kimi şəhərin sahilindəki qaynar lava dənizinə tərəf tullayırdı.Eyni vaxta göydən isti qum dənələri şəklində kiçik daşlar yağmağa başladı.
Ardı →

İtaliya haqqında maraqlı faktlar


1.
İtaliyada 20 region var. Hamısı da çox müxtəlifdilər. Əgər sən bir və ya ikisində olmusansa dəməli sən İtaliyada tam olmamısan.

2. Hər regionunda öz dialekti var. Qonşu regionların sakinləri bir-birini anlamaya bilərlər.

3. Regionlar kommunallara bölünmüşdür. Kommunallar sakinləri həmçinin öz dialektlərinə malik ola və qonşuları anlamaya bilərlər.

4. Siciliyanın, Kalabriyanın və Qazımanın təxminən 80% biznesi mafiyalara vergi ödəyir.

5. İtaliyada uşaq evi yoxdur.
Ardı →

İtaliyada "Canlı ağac Məbədi"

İtaliyanın «ekoloji» memarı Culiano Mauri (Mauri Giuliano)  ən son lahiyəsi olan «Canlı ağac Məbədi»  təəssüf ki, başa catdıra bilmədi.

Heyratamiz quruluşu bu tikili İtaliyanın Şimalında yerləşən, Berqamo şəhərinin dəniz kənarında yerləşir. Memarın fikrincəı, taxta sütun içində 42- ədəd vələs tingləri əkilmişdir. Təxminən 15 il sonra vələslər böyümüş olacaq, taxta karkaslar ağaclar ücün dar olacaq və ağaclar onların tədricən məhv edəcəklər.  Nıticədə vələslər özləri canlı ağac olan bu məbədin təbii konstruksiya yaradır.

Layihə 650 kv.m. ölçüdə olan meydanda qurulub . Layihə atasının əvəzinə onun oğlu başa çatdırır.

 

  1. Храм из растущих деревьев в Италии

Ardı →

Fotolarda İtaliyanın gözəllikləri

Leonardo Da Vinçi və Dantenin, Kolizey və Pizan qalasının, makaron və pizzanın vətəni olan möhtəşəm İtaliya bu gün də gözəl dağ və dəniz peyzajları, orta əsr şəhərlərinin qeyri-adi memarlığı və hər yerdə hiss olunan qədim mədəniyyəti ilə bütün dünyadan tuirstləri cəlb edir. İntibah dövrü mədəniyyətinin izləri burada memarlıqdan, rəssamlıq və musiqidən tutmuş hər şeydə görünür. «Əbədi şəhər» Roma – öz meydanları və fontanları, qədim abidələri və Vatikan muzeyləri ilə ürəyinizi fəth edəcək. Renessansın beşiyi olan Florensiya heç də Romadan geri qalmır. Burada demək olar ki, hər bir ev incəsənət abidəsidir. Sevgililərin arzusu və karnavallar vətəni olan Venesiya şəhəri 122 adaya bölünən, çoxsaylı kanallarla hərəkət edən qondolalarla bütün turistləri cəlb edir. 

Neapolda siz şən mahnılarla və dağılmış Pompeylə, portağal meşəcikləri və boz Vezuvi ilə, Milan isə mövsümün ən dəbli geyimləri ilə tanış olacaqsınız. İtaliya, həmçinin, gözəl çimərlikləri ilə də fərqlənir. Burada aktiv istirahət etmək üçün hər cür şərait var. Bütün dünyadan turistlər bura xizək sürmək, dəniz dibi və kanyonları tədqiq etmək, çaylarla səyahət etmək və Avropanın «çəkmə»si üzərindən uçmaq üçün gəlirlər. Italiya sizi biganə qoymayacaq. O sizin ürəyinizi fəth edəcək, sizi valeh edəcək. Siz Sofi Lorenin vətənini tərk edəcəyiniz günün gəlməsinə heyfslənəcəksiniz. Amma, ruhdan düşməyin, məşhur Trevi fontanına qəpik atın və siz mütləq bura bir daha qayıdacaqsınız. Məhz onda Çao — «sağol», Çao İtaliya salamlaşmasına çevriləcək!

İtaliyaya səyahət etməyin bir çox vacib səbəbi var: tərtəmiz dəniz, ən yaxşı çimərliklər, valehedici mənzərələr, saysız-hesabsız qədimi muzeylər.
Heç vaxt İtaliyada olmayanlara klassik marşrutla hərəkət etməyi məsləhət görərdim: Roma, Venesiya, Florensiya, Neapol, Rimini və San-Marino Respublikası, Piza, Paduya hərdən onlara Verona da əlavə olunur. Sonradan qayıdıb qayıtmayacağınızı müəyyənləşdirməkdən ötrü ölkənin ən məşhur şəhərlərini mütləq ziyarət etmək lazımdır (amma qayıtmaq istəməyəcəyinizə heç bir şübhə yoxdur). Əsl cənnət isə İtaliyanın cənubudur. Onu tələsmədən, həzzi mümkün qədər uzadaraq öyrənmək lazımdır.


Təbii ki, İtaliya haqqında söhbətə Romadan (Rome) başlamaq lazımdır. Tibr sahilində gəzişmək, yarıdağılmış kolizeyi seyr etmək, imperator saraylarının dağıntıları arasında və ya İspaniya meydanının pilləkənlərində dincəlmək inanılmaz təəssüratlar bağışlayır. Bütün bunları etdikdən sonra isə ürəyinizdə niyyət tutub, Trevi fəvvarəsinə dəmir pul atmağı unutmayın. Deyilənlərə görə, bununla bütün arzular çin olur. İtaliyanın bütün şəhərləri, istisna olmadan öz gözəlliyi və cazibədarlığı ilə seçilir. 


Ardı →

İtaliya

İtaliyanın paytaxtı Roma şəhəridir. (Bakı vaxtından 3 saat geri) Bütün yollar bu şəhərə gətirir, şəhər 7 təpə üzərində yeləşir. Roma – çoxəsrlik tarixə malik qədim bir şəhərdir. Roma imperiyasının yaranmasından bu günə qədərki İtaliya tarixi Romada əks olunmuşdur. Bütün abidələri, məbədləri, arenaları saymaq çətindir, Romanın möhtəşəmliyini anlamaq da çətindir. Ancaq bunu anlayaraq onun bütün gözəlliklərini dərk etmək mümkündür. Bu səbəbdən çoxları İtaliyanın ürəyində — Romada olmadan İtaliyanı başa düşmək olmaz deyirlər.


Əhalisi: təxminən 58 milyon Etnik qruplar; italyanlar – 98%, almanlar, slovenlər, albanlar, yunanlar, fransızlar. Orta uzunömürlülük (1992-ci il üçün); kişilərdə — 74 yaş, qadınlarda – 81 yaş. Doğum səviyyəsi (hər 1000 nəfərə) – 2. Ölüm səviyyəsi (hər 1000 nəfərə) – 10.


Ardı →