Təbrizdən doğan günəş

Təbrizli ŞəmsŞərq öz sirli insanları, müəmmalı hadisələri, sehrli kitabələri və digər qəribə özünəməxsusluqları ilə hər zaman bütün dünyanın diqqətini çəkib. Bu özünəməxsusluqlardan biri də hər zaman insanları düşündürən, dahiləri heyrətdə qoyan sufilər olub. Şərqdə elə sufilər olub ki, onlar təkcə yaşadıqları zamanın sirli insanları deyil, hətta gələcək zamanların da tam mənasıyla açılmayan sirr küpəsi kimi qalıblar.

Bu şəxslərdən bəziləri dövrümüzdə kifayət qədər tanınsa da, bəziləri layiq olduğu qiyməti nə öz dövlərində, nə də müasir dövrdə ala bilməyiblər. Belə şəxslərdən bəlkə də birincisi yəqin ki, məşhur sufi mürşid Şəms Təbrizi olub.

Onun həyatı başdan-başa müəmmalar və qəribəliklərlə dolu keçib. Ta uşaq yaşlarından həyatının sonuna qədər taleyin qəribəlikləri, sirli dərvişanə həyat tərzi, Mövlanə Cəlaləddin Rumi ilə tarixi görüşü, ona qarşı olan sui-qəsdlər və bu kimi digər hadisələr Şəmsi hər zaman onu tanımaq istəyənlərin maraq dairəsində saxlayıb. 

Şəmsin fərqli həyat tərzi ilə bərabər, onun həyatı ilə bağlı məlumatlar da kifayət qədər olmayıb. Ümumiyyətlə Şəmsin azərbaycanlı olmasına baxmayaraq, Azərbaycan dilli mənbələrdə onun haqqında hər hansı bir məlumat demək olar ki, yox dərəcəsindədir. Şəmsin həyatı haqqında əsas məlumatlara isə türkdilli mənbələrdə rast gəlmək mümkündür. 
Ardı →

Təbrizli Şəmsdən...

Şəms:Hər bir hadisədən və təcrübədən sonra, heç bir kitabda yazılı olmayan, sadəcə can dəftərimə yazılmış qaydalara yeni birisini daha əlavə etdim. Bunlara bir ad verdim: ÜRƏYİ GENİŞ VƏ RUHU GƏZGİN SUFİ MƏZHƏBLİLƏRİN QIRX QAYDASI. Bu qaydalar mənim üçün təbiət qanunları qədər universal, onlar qədər vacibdir. Bu qaydaların qırxını bir yerdə tamamlamaq uzun illərimi aldı. Çoxunu silib-silib başdan yazdım. İndi əlavə ediləcək nə bir vergül qaldı, nə nöqtə. Nə bir hərf, nə yeni bir kəlmə. Artıq qırx qaydanı da bitirdiyimə görə, həyatımın son fəslindəyəm. Canımı sıxan isə bu deyil. Çünki bir son kimi qəbul etmirəm ölümü. Həm də inanıram ki, hər kəsin ölümü öz rəngindədir.

A.Z.Zahara:Eşq həyatın əsası, başlıca məqsədidir.Mövlananın bizə xatırlatdığı kimi, gün gələr hər kəs, hər yerdə ondan qaçanlar da, hətta “romantik” kəlməsini bir  günah kimi işlədənlər də xəbərləri də olmadan eşqə tutularlar.


Ardı →

Üç sual, bir cavab

Hər yolun bir ədəbi vardır. Allahı sevmənin də ədəbi vardır. Dərviş, yalnız könlü geniş və ruhu səyyah bir sufi demək deyil ki! 

 
Bağçada güllərin yanında Mövlana ilə söhbət edirdik. Mövlananı ziyarətə bir qrup filosof gəldi. Sualları olduğunu bildirdilər. Mövlana onlara məni göstərərək.
— Mənim suallarımı cavablayandan soruşun- deyə mənə həvalə etdi. Bundan sonra, gələn filosoflar üç sual soruşmaq istədiklərini bildirdilər.
— Sualların nə olduğunu soruşdum. Onlar içlərindən  birini başçı seçdilər. Bütün sualları o verəcəkdi. Soruşmağa başladı:
— Allah var dediniz, amma görünməz, göstər də inanaq.


Ardı →

Təbrizdən doğan günəş- Şəms Təbrizi

Təbrizlilərə «xər» deyən kəs bunu öz eşşəkliyindən deyib. O nə görüb? Bir şeyi görmədiyi və bilmədiyi halda bu sözü necə deyir?! Orada elə kişilər olub ki, mən onların ən kiçiyiyəm. Dəniz saman çöpünü qırağa tulladığı kimi, o dərya da məni kənara atıb. Mən beləyəmsə, gör onlar necədir!
Şəms Təbrizi

Ardı →