Şah İsmayıl Xətai | Qüdrətli şah, igid sərkərdə, incə ruhlu şair

Haqqında yazılanlarda və söylənilənlərdə tarixi həqiqətlər də, mübaliğələr, yanlış yozumlar da var. Adına elə sağlığında əfsanələr qoşulub. Çünki otuz yeddi illik ömrünə düşmənlərinin belə təsdiqlədikləri misilsiz hünər, böyük əməllər sığdırıb. Tarixin ən çox müzakirə edilən, mübahisələrə səbəb olan bu görkəmli şəxsiyyətinin tam adı Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi yazılır. Amma ondan daha çox Şah İsmayıl, Şah İsmayıl Səfəvi, I İsmayıl, yaxud da Şah İsmayıl Xətai olaraq bəhs edilir. «Xətai» təxəllüsüdür. Elə sağlığında məşhurlaşan, həm əlyazma, həm də şifahı olaraq yayılıb dillər əzbərinə çevrilən əsərlərini bu təxəllüslə qələmə alıbdı...

Davamı →

Şah İsmayılın həyatının son anları

Azərbaycan xalqının dövlətçilik tarixində, hərbi, dini, ədəbi həyatında müstəsna xidmətlərə malik olan və hər zaman da qürurla xatırlanan Şah İsmayıl Səfəvi fenomenal keyfiyyətləri ilə insan zəkasını heyrətdə saxlayan bir sima kimi yalnız Azərbaycan xalqının deyil, bütünlükdə bəşər tarixinin yetişdirdiyi çox görkəmli dahilərdən biridir. Ona görə də Şah İsmayılın həyat və şahlıq taleyi həm sağlığında ikən, həm də sonradan çoxlu sayda qaynaqların, salnamələrin, elmi tədqiqat araşdırmaların mövzusu olmuşdu. Belə çoxsaylı əsərlərin əksəriyyətində Şah İsmayılın çox tez başa çatan ömrünün son anları da qələmə alınmış və onun dünyasını dəyişməsinin səbəbləri barədə bəzən bir-birindən fərqli olan fikirlər ortaya qoyulmuşdur. Bu fikirlər arasında ehtimallar da mövcuddur və şübhə etmək olmaz ki, bu ehtimallar Şah İsmayılın həyatının qısa olmasının və gözlənilmədən başa çatmasının səbəblərini axtarıb tapmaq cəhdləri ilə bağlı idi.

Davamı →

Şah İsmayıl Xətai - Bir söz

Sözünü bir söyləyənin
Sözünü edər sağ bir söz.
Pir nəfəsin dinləyənin
Yüzünü edər ağ bir söz.

Söz vardır kəsdirər başı,
Söz vardır kəsər savaşı,
Söz vardır ağulu aşı
Bal ilən edər yağ bir söz.

Xalq şerinin bayatı şəkli də Xətainin məhəbbətlə, məharətlə müraciət etdiyi formalardandır. Şair bayatılarının axıcılığına, yığcamlığına, atalar sözləri və xalq məsəlləri kimi aforistik məna daşımasına xüsusi diqqət yetirmişdir:

Xətai, işin düşər,
Gəlib-gedişin düşər.
Dişləmə çiy loğmanı,
Yerinə dişin düşər.
Davamı →

Çaldıran döyüşü haqqında 11 mif

1-ci mif. Çaldıran döyüşü son dərəcə əhəmiyyətli döyüş olub.
Çaldıran döyüşünün tarixi əhəmiyyətinin şişirdilməsinin müxtəlif səbəbləri var. Orta əsrlərə dair mənbələrdə isə bunun tamamilə əksini görürük. O mənbələrdə Çaldıran döyüşünə dair məlumatlarda bu döyüşün elə bil əhəmiyyəti olduğu nəzərə çarpmır. Məsələn, İsgəndər bəy Münşi ət Türkmaninin «Tarixe-aləmarayi Abbasi» əsərində bu döyüş barədə cəmi bir epizod keçir. Orada qeyd olunur ki, Çaldıran döyüşündə qızılbaşlar müvəqqəti məğlubiyyətə uğrayaraq geriyə çəkildilər. Təhmasib Şah isə öz “Təzkirə”sində yazır ki, “Sultan Süleyman məni döyüşə təhrik edərkən mən həmişə o vaxt atamın yanında olan Durmuş xana lənət oxuyurdum. Çünki Durmuş xan atamı azsaylı ordu ilə döyüşə girməyə təhrik etmişdi”.

Hətta Şah İsmayıl özünün də Sultan Səlimə məktubunda deyir ki, “qoşunum az olduğundan mən müvəqqəti geri çəkildim”. Heç məğlub oldum da demir, deyir ki, geri çəkildim. Çaldıran döyüşünün bu qədər şişirdilməsinə, tarixşünaslıqda bu döyüşə əhəmiyyət verilməsinə daha çox ötən sərin 20-30-cu illərdən başlanılıb. O vaxt artıq Azərbaycan tarixşünaslığında Sovet-Rusiya metodologiyası oturmağa başlamışdı. Sual olunur: “Döyüşün nə vaxt əhəmiyyəti olur?” Döyüşün o vaxt əhəmiyyəti olur ki, həmin döyüşdən sonra ya həmin dövlət süqut edir, ya ərazi baxımından böyük bir ərazi itirir, və yaxud sülalə dəyişir. Biz Çaldıran döyüşündə bunun heç birini görmürük. Döyüşdən sonra Səfəvi hökmdarı yenə Şah İsmayıl idi, Azərbaycan torpaqlarının bütövlüyü qorunub saxlanmışdı. Osmanlı 1555-ci ilə kimi Səfəvilərdən ərazi ala bilməyib. Çaldıran döyüşü ilə Osmanlının Misir Məmlük sultanlığının apardığı döyüşləri müqayisə də etmək olmaz. Mifləri dağıdacaq başqa bir fakt. Çaldıran döyüşündən sonra Səfəvi ordusu bir neçə dəfə Osmanlı üzərində qələbə qazanıb.
Davamı →