Şamaxıda qırğınlar

Azərbaycan torpaqlarında “Böyük Ermənistan” dövləti yaratmaq istəyən erməni millətçilərinin 1918-ci ildə bütün  ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməlləri  arasında öz miqyasına, qurbanların sayına və vurduğu maddi-mənəvi ziyanın ölçüsünə görə Şamaxı qırğınları ayrıca yer tutur.  İndiki Şamaxı, Ağsu, İsmayıllı, Qobustan və Hacıqabul rayonlarının ərazilərini əhatə edən Şamaxı qəzasında 1917-ci ilin əvvəlləri üçün, Şamaxı şəhəri də daxil olmaqla 161 552 nəfər əhali yaşayırdı ki, onların da 72,8 %-ni müsəlmanlar, 13,8 %-ni ermənilər, 12 %-ni ruslar (o cümlədən, sektantlar-molokanlar), qalan əhalini isə dağ xalqları nümayəndələri və yəhudilər təşkil edirdilər. Şamaxı şəhərinin özünün 27752 nəfər əhalisinin 21 127 nəfəri – müsəlman, 4534 – erməni, 1737 – rus, 214- Qafqaz dağlıları, 136 nəfəri isə yəhudilərdən ibarət idi. Əhalinin bu etnik-dini nisbəti tam mənası ilə müsəlman əhalisinin xeyrinə olsa da, qəzanın və şəhərin inzibati-idarəçilik sistemində rusların, eləcə də bütün idarə strukturlarında geniş təmsil olunan və mühüm mövqeləri tutan ermənilərin mövqeyi daha yüksək idi. 

Davamı →