Dünyanın ən gözəl istefa məktubu

Bir çox XX əsr amerikan yazıçıları qələmlərinə sığınıb yazıçı məşhurluğu qazanana qədər reklam işi ilə məşğul olub. Şervud Anderson da həmçinin.
Yazıçılığın şərbətini 41 yaşında dadan yazıçı həmin vaxta qədər müxtəlif işlərə baş vurub. Onun kopirayter işlədiyi günlərin birində müdirinə yazdığı məktub isə hələ də tarixin ən gözəl istefa məktubu olaraq dəyərləndirilir. Məktub “Məşhurların məzəli məktubları” kitabında da yer alıb.
Şervud Andersona məxsus tarixin ən gözəl istefa məktubu:
Davamı →

Macəra | Şervud Anderson

Şervud AndersonO vaxt Corc Villard hələ yeniyetmə bir oğlan idi. Alisa Hindmanın isə iyirmi yeddi yaşı vardı. Və bu iyirmi yeddi yaşlı qadın bütün ömrünü Vinesburqda yaşamışdı. O, Vinney parça mağazasında işləyir və ikinci dəfə ərə getmiş anası ilə birgə ömür sürürdü.

    Alisanın ögey atası içki düşkünü olan bir fayton rəngsazı idi. Onun da nə zamansa qələmə alınacaq maraqlı bir həyat hekayəsi var.

     İyirmi yeddi yaşlı Alisa hündürboy, incə bir qız idi. Onun başı bir qədər böyük görsəndiyindən,  bədəninin gözəlliyinə azca kölgə salırdı. Çiyinləri bir az qabağa çıxmışdı. Saçları kimi gözləri də qəhvəyi rəngə çalırdı. Təbiətcə çox sakit qız idi, amma onun bu sakit görkəmi arxasında qəribə bir çılğınlıq gizlənirdi.

    Alisa işləməyə başlamazdan əvvəl, hələ on altı yaşı olanda cavan bir oğlan ilə görüşürdü. Ned Kru adlı bu oğlan yaşca Alisadan böyük idi. Corc Villard kimi o da “Vinesburq qartalı” qəzetində işləyirdi və artıq neçə vaxt idi ki, hər axşam Alisa ilə görüşməyə gedirdi. Onlar şəhər küçələri boyunca ağaclar altında gəzişər və gələcək həyatlarından, qurduqları xəyallardan danışardılar. Alisa o vaxtlar çox gözəl idi və bir dəfə Ned onu qolları arasına alaraq öpmüşdü. Ned həyəcanlanmış, düşünmədən nəsə qarmaqarışıq bir-iki kəlmə söz də demişdi. Alisa isə həmin an bütün utancaqlığını, bütün çəkingənliyini özündən uzaqlaşdırıb hisslərinə təslim olmuşdu.


Ardı →