Şeyx Şamil

Şeyx Şamil 1797-ci ildə Dağıstanın Gimri kəndində anadan olub. Atası Qafqazın qədim xalqlarından olan avarlara mənsub Məhəmməddir. Şamil 15 yaşına çatdığı zaman artıq at minməkdə, qılınc oynatmaqda çox mahir idi. 20 yaşına isə 2 metr boyu ilə tullanma, odlu silahdan istifadə, qılınc oynatma kimi keyfiyyətlərdə çox mahir idi.
Şamil şeyx seçildiyi 1834-cü ildən 1859-cu ilə qədər Rusiyanın böyüklüyünə və hərbi qüdrətinə baxmayaraq usanmadan müharibəni davam etdirdi. Özündən əvvəlki 2 imamın dövründə də 10 il müharibədə iştirak etdiyindən bütövlükdə dayanmadan cihad etdiyi müddət tam 35 ildir. Bu vaxt ərzində Rus ordusuna böyük zərbələr vurmuşdu. Bununla bərabər özünün də məhdud olan əsgəri qüvvəsi də gündən-günə azalmışdı.
Ardı →

Şeyx Şamilin həyatı

Şamil 1797-ci ilin 9 iyununda Dağıstanın Gimri aulunda Dəngi Məhəmmədin ailəsində anadan olmuşdu. Onun ulu babası vaxtilə bütün Qafqazda tanınan qulluq Əmir xan idi. Anası Baxu Məsəd isə avar bəyi Pir Budağın qızı idi. Uşağın adı Əli idi. Amma arıq və sısqa olduğuna, daim xəstələndiyinə görə qədim adətə uyğun olaraq uşağın adını dəyişib dayısının adını — Şamil qoydular ki, onun kimi sağlam və igid olsun. O, böyüdükcə sağlam və güclü bir gəncə çevrildi. Yaxşı təhsil aldı. O, təhsilini mədrəsədə almış, ərəb və fars dillərini öyrənmişdi.
Şeyx Şamilin ölkəsinin azadlığı uğrunda apardığı mübarizə dünya azadlıq müharibələrinin ən möhtəşəmlərindəndir. Kiçik bir qəbilə rəi­sinin bir ovuc mücahidlə 125 milyonluq dövləti 25 il çaşbaş salmasına başqa bir nümunə tapmaq mümkün deyildir.


Ardı →