Şimali Amerikanın daxili suları

Şimali Amerikada çay və göllər materik üzrə qeyri-bərabər yayılmışdır. Materikin daxili suları Sakit, Şimal Buzlu və Atlantik okeanı və daxili axarsız hövzələrə aiddir. Çaylardan ən böyüyü Missisipidir (yerli hindu dilində – “çaylar atası”). Çay İtaska gölündən başlayır, Meksika körfəzinə tökülür. Missisipi ilə onun qolları Missuri və Arkanzas çay sistemi axıtdığı suyun həcminə görə dünyada ilk onluğa daxildir. Missisipi sularını Böyük və Mərkəzi düzənliklərdən, həmçinin Appalaç və Kordilyer dağlarından axan çaylardan yığır. Axdığı ərazilərdə sənaye, kənd təsərrüfatı və məişət əhəmiyyətinə malikdir. Təsərrüfat işlərinə daşqınların mənfi təsiri böyükdür.


Davamı →

Şimali Amerikanın iqlimi

Şimali Amerikanın iqliminin formalaşmasına təsir edən ən mühüm amil materikin coğrafi mövqeyidir. Şimali Amerika materiki də Asiya qitəsində olduğu kimi böyük bir məsafədə şimaldan cənuba doğru uzanır. Materikin şimalı soyuq arktik hava kütlələrinin təsirinə məruz qalır. Şimal Buzlu okeanından əsən şimal-şərq küləkləri hətta materikin mərkəzi hissələrinin temperaturunu xeyli aşağı salır.

Şimali Amerikanın iqlimində relyef amili əsas rola malikdir. Materikin mərkəzi hissəsinin relyefinin düzənlik olması, enlik istiqamətdə dağların olmaması nəticəsində şimaldan soyuq, cənubdan isə isti hava kütlələri daxil olur. Bu isə tornadonun burulğan şəklində olması ilə nəticələnir.


Davamı →

Şimali Amerikanın relyefi

Şimali Amerikanın qərbi üçün dağlıq və mərkəzi üçün isə düzənlik relyef səciyyəvidir. Qərbdə ən böyük dağ sistemi Kordilyerdir. Onlar Sakit okeanın sahilləri boyunca şimaldan cənuba 7000 km-ə qədər uzanır. Bu dağlar Kanada, ABŞ, Meksika və Mərkəzi Amerika ölkələrinin ərazilərindən keçir.


Davamı →

Şimali Amerika xalqlarının mədəniyyəti

Amerika mədəniyyəti haqqında ilkin təsəvvürlər adətən müasir mədəni nailiyyətlərlə əlaqədar olsa da bu ölkənin qədim və orta əsrlərini əhatə edən bir sivilizasiya mövcud olmuşdur.
28-30 min il əvvəl ilk dəfə olaraq müasir tipli insanlar Alyaska və Çukotka arasındakı Beringiya adlanan quru körpüdə məskunlaşmışlar. Məhz bu dövrdən Amerika mədəniyyətinin tarixi başlayır.
Müasir elm hesab edir ki, bu qitənin ilk sakinləri genetik cəhətlərinə görə protomonqoloid, yaxud protoasiya qrupuna mənsub olmuş Altay, finuqor, Tibet xalqlarına daha yaxındırlar. Özünün təsdiqini tapmış bu fikirlər linqvistik və antropoloji əlamətlərə əsaslandırılmaqdadır.
Avropalılar tərəfindən Amerika qitəsinin kəşfi və işğalı digər çoxsaylı xalqların həmin ərazidə məskunlaşması ilə nəticələndi. Bunların ümumi sayı təxminən 15-20 milyona bərabər idi. İlk dəniz səyyahlarının səhvən Hindistan torpağı kimi başa düşdükləri bu qitənin sakinləri XVI əsrdən «hindular» adlandırılmağa başladı.


Ardı →

Şimali Amerikanın tədqiqi

Kolumbun sonuncu ekspedisiyası belə Asiyaya qərb istiqamətdə dəniz yolunun açılması problemini həll edə bilməsə də, kəşf olunmuş torpaqlara avropalıların axınının başlanğıcını qoydu. Zəngin sərvətlərə malik olmaq üçün ispanlar, ingilislər və fransızlar arasında kəskin mübarizə başlandı.
Ispanlar qərb istiqamətdə hər hansı bir keçid, yaxud boğazın olması fikrini əsas tutmaqla Meksika körfəzində geniş tədqiqat işləri aparmağa başladılar və qısa bir müddətdə bütün körfəzin sahil zolağını öyrənməyə müvəffəq oldular.


Ardı →

Şimali Amerika

Şimali AmerikaŞimali Amerikanın ümumi sahəsi 24,2 mln km2 olub, Şimal və Qərb yarımkürəsində yerləşib. O, qərbdən Sakit, Şərqdən Atlantik, Şimaldan Şimal Buzlu okeanı ilə əhatə olunub.O, cənubda Panama kanalı vasitəsi ilə Cənubi Amerikadan, şimal-qərbdən Berinq boğazı vasitəsi ilə Avrasiya materikindən ayrılır.
Uçqar nöqtələri. Şimalda-Mercison burnu, Cənubda-Maryato, qərbdə-Prins-Uels, şərqdə Sent-Çarlz burnu.
Davamı →