Şirvanşahlıq XII-XIII əsrlərdə
Səlcuqlar dövründə Azərbaycanda dövlətçilik ənənələri tam aradan qalxmamış və Şirvanşahlıq yenidən dirçəlmişdi. Şirvanşah I Fəriburz (1063 -1096) Böyük Səlcuq Sultanına tabe olsa da, Azərbaycanın şimalında onun hakimiyyəti davam edirdi. Böyük Səlcuq Sultanı Məlikşahın hakimiyyətinin (1072-1092) sonlarında Fəriburz və onun oğulları II Mənuçöhr və I Afridun ölkəni artıq müstəqil idarə edirdilər. Şirvanşahlığın yüksəlişi və Azərbaycanın qalan hissəsinin Səlcuq əmirləri tərəfindən idarə olunduğu bir şəraitdə, XI əsrin sonu-XII əsrin əvvəllərində Qafqazda Baqratuni çarlığı xeyli güclənmişdi. Kartli-Abxaz-Qıpçaq birləşməsindən ibarət olan bu çarlıq xüsusilə XII yüzillikdə yüksəliş dövrü keçirirdi.
Davamı →