Şkoda

1895-ci ildə milad bayramı ərəfəsində Slavia velosipedlərinin istehsalı və təmiri üzrə kiçik bir müəssisə yaradıldı. Onun sahibləri – 30 yaşlı Vatslav Laurin (Václav Laurin) və 27 yaşlı Vatslav Klement (Václav Klement), yəqin ki, axıra qədər bu aqreqatları hazırlamaqda davam edəcəkdilər, amma dahiyanə bir ideya, yəni velosipedin ramasına birsilindrli mühərrik quraşdırmaq ideyası hər şeyi dəyişdi.
Bu, tərəqqiyə doğru kiçik, amma əhəmiyyətli addım idi. 1898-ci ilin sonunda Laurin&Klement markası altında motosiklet istehsal olundu. Bu, gündəlik istismar üçün kifayət qədər etibarlı olan ilk motosiklet idi. “Allgemeine Automobil Zaitung” qəzeti yazırdı: “Fransız konstruktorları Verner qardaşlarının xidmətlərini kiçiltməmək şərti ilə, Çexiya Krallığında Laurin&Klement firmasını ikitəkərli mühərrikli nəqliyyat vasitəsinin yaradıcısı kimi tam əsasla fərqləndirmək olar. Birincilər sadə velosipeddə hər hansı dəyişiklik etmədən ona mühərrik quraşdırdıqları halda, Laurin&Klement tamamilə başqa üsuldan istifadə etdi.
Ardı →