Azad Şuşanın poetik ifadəsi

Şuşa bir əfsanəvi məkan, mədəniyyət beşiyi kimi Azərbaycan ədəbiyyatının öndə gedən mövzularından olmuşdur. Yaşanan Qarabağ faciəsi Şuşa haqqında yazılan ədəbiyyat nümunələrinə bir kölgə salmış, hər zaman beşiyində rahatlıq tapıb, hüzur qazandığımız bu cənnət məkanımız 30 ilə yaxın bir zaman ərzində həsrət yanğımıza çevrilmişdi. 30 ildən sonra Ali Baş Komandanın "Şuşa, sən bizimsən, Şuşa biz qayıtdıq, Şuşa biz səni yenidən dirçəldəcəyik" nidaları Azərbaycan poeziyasının baş mövzularından biri oldu. Misralarımızı azad Şuşa nəğmələri bəzədi.

Davamı →

Şuşada yaranan xalq mahnıları

  • Musiqi
Xalqımızın tarix boyu yaratdığı milli mədəniyyət nümunələrindən biri də mahnılardır. Xalq mahnıları mədəni sərvətimizin ayrılmaz tərkib hissəsidir. Ayrı-ayrı istedadlı adamların yaradıcılıq məhsulu olan mahnı və musiqilər zaman-zaman el arasında yaşayıb, sevilib və dildən-dilə, ağızdan-ağıza düşərək, yaddaşdan-yaddaşa ötürülərək bu günümüzə qədər gəlib. Onların arasında Şuşa qalasında yaranan və məşhurlaşan xalq mahnıları da var.

Davamı →

Gözünün ağında qəlpə gəzdirən Xalq artisti

Bərdə şəhərində anadan olsa da hamı onu şuşalı kimi tanıyır. Özü bu haqda belə deyir: “Mən Şuşanı ən az orda doğulan insanlar qədər sevirəm. Şuşaya ilk dəfə gələndə o yerlərə aşiq olmuşdum. Şuşa mənim taleyimdir.”
Uşaqlıqdan aktrisa olmaq istəyib. Mədəniyyət və İncəsənət Universitetində təhsil almaq istəsə də, illərlə bu istəyinə çata bilmir. Şuşa Mədəni-Maarif Texnikumunun dram fakültəsinə qəbul olunur. Oxuduğum müddətdə Şuşa Dövlət Dram Teatrının direktoru Yadigar Muradovla tanış olur və Xalq teatrındakı tamaşalara dəvət alır.

Davamı →

Xarıbülbülün metamarfozası

Şuşaya qəhrəman əsgərlərimiz iki ayaqla gedib çıxdılar, biz dörd təkərlə getdik.
Şuşada qəhrəman əsgərlərimizi düşmənin güllə yağışı qarşıladı, bizi isti yaz günəşinin ilıq şüaları.
Yolun çətinliyindən nə qədər mızıldansaq da, əslində, bu narazılığa görə xəcalət çəkirdik.
Axı bax bu yolu çətinliklə də olsa, narahatlıqla da olsa, gedib Şuşaya ayaq basmağımız üçün yüzlərlə igid əsgərimiz şəhid olub, qazi olub, bu dağlarda can qoyub, bu qayaları yalın əllə qalxıb...

Davamı →

Üç sadə cümlənin Azərbaycan ehtişamı

Qafqazda ilkin sivilizasiya ocağı yandıran Azıx mağarasının vətəni, Azərbaycanın ən qədim yurd yerlərindən biri — Qarabağ...
Bir tərəfdən Kür, Araz, bir yandan Əlincəçay, Göyçə gölü arasına sığınan, lakin qüruru, qüdrəti, sənət eşqiylə dünyaya sığmayan tarix yaşlı, tarix yaddaşlı Qarabağ! Ulu keçmişini xəbər alsan, sinəsində əcdadlarımızın əliylə yazılan Azıx, Tağlar, Borsunlu, Xocalı, Çalağantəpə, Xındırıstan, Qalaqtəpə avtoqraflarını göstərər. Dağlarına üz tutub adını soruşsan, Murovdağ, Qızılboğaz, Qızqala, Ərikli, Qırxqız — deyər. Çaylarını tanımaq istəsən, dilimizin şah damarından törəyən doğma adlar eşidərsən: Quruçay, Köndələnçay, Həkəri, Tərtər, Qozluçay, Qarqar, İncəçay, Daşaltı… Qalalarını soraqlasan: Bayat, Koroğlu, Şahbulaq, Əskəran, Şuşa… Kəndlərini soruşsan: Boyat, Abdal-Gülablı, Kosalı, Çəmənli, Xankəndi, Sığnaq, Quzanlı, Göytəpə, Bəhmənli, Malıbəyli, Kəhrizli, Kəngərli, Üçoğlan, Qaradağlı, Qaradolaq… Ömrünü-gününü xəbər alsan XVII yüzilin böyük filosofları Yusif Məmmədcanoğlunun, İzzəddin Qarabağinin hikmətləriylə, Molla Pənah Vaqifin, Xan qızı Natəvanın, Seyid Nigarinin şeirləriylə cavab verər sənə. Bütün tarixi, maddi-mənəvi abidələri, toponimləriylə «Mən Azərbaycanınam» deyir Qarabağ.

Davamı →

Pənah xanın ruhu

Şuşanın da, Qarabağın da tarixi ulu əcdad sayılan Pənah xanın adı ilə başlayır.
Şuşanın tarixi, əslində, Pənah xanın ruhunun tarixidir. Pənah xan XVIII-XIX yüzillər Qarabağ insanının düşüncəsində «ilk əcdad», onun yaşadığı dövr «ilk zaman», «mifik zaman», Şuşa isə sakral və «ilk məkan» idi. Ona görə də tarixçilər, salnaməçilər haqlı olaraq onun adını əcdad kultu sistemində yerləşdirirlər, Qarabağ dövlət kultunun əsasında məhz Pənah xan kultu durur.

Davamı →

Şuşa rayonu

Şuşa rayonu — Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazın Qarabağ silsiləsi ərazisində yerləşir. Sahəsi 290 km2, əhalisi 29 700 nəfərdir (01.01.2011). Mərkəzi Şuşa şəhəridir. Rayon 8 may 1992-ci il tarixindən erməni işğalı altındadır.
Rayona Şuşa şəhəri, Turşsu qəsəbəsi və Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçular, Xəlfəli, Armudlu, Dükanlar, Həsənabad, Qarabulaq, Ağbulaq, Zamanpəyəsi, Şuşulu, Mirzələr, Qaybalı, Laçınlar, Şırlan, Çaykənd, Paşalar, Məmişlər, Xanalı, İmamqulular, Cəmillər, Səfixanlar, Xanlıqpəyə, Allahqulular, Həsənqulular, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Göytala, Onverest, Zarıslı, Nəbilər, Sarıbaba, Daşaltı, Nağılar, Xudaverdilər, İmanlar, Turabxan kəndləri daxildir.

Davamı →

Bitməyən bir sevda | Şuşa

Bu gün sənin günündür, Şuşa!.. Bədbəxt olan günündür!.. Amma ağlamayacağam səni… Qarabağ havalarını da dinləməyəcəyəm… «Xanın səsi də havalanıb» sənə "şikəstə" deməyəcək bu gün!.. Sənə həsr olunmuş bircə şeiri də xatırlamayacağam bu gün!.. «Qəlbimdə buza qoydum»… hər nəyin varsa!...
Bu gün özümlə savaşacağam… özümlə müharibə edəcəyəm… döyüşəcəyəm!.. Sənə qovuşmaq üçün aparılacaq savaş səngimişsə, uğrunda ölə biləcək insanların sırası seyrəlmişsə… və ya yoxsa əgər bunlar, mən də meydanda tək qalan döyüşçü kimi vurnuxacağam bu gün!...

Davamı →