Şüyüd və şüyüd toxumlarının faydaları

Şüyüd və toxumları qədimdən bir çox xəstəliklərin müalicəsində istifadə olunub. O, təzyiqi normallaşdırır, hemorroy, ishal, qastrit və yuxusuzluğa qarşıdır. Antioksidantdır, ödqovucudur.
Metbuat.az xəbər verir ki, bir müddətdir təzyiq xəstələrinin şüyüdə marağı artıb və bir çoxları onun güclü təzyiq salıcı təsirinə inanaraq, dərmanlardan imtina edib,
Lakinelmi araşdırmalar sübut edib ki, şüyüd təzyiq dərmanları ilə yanaşı xəstələrə əlavə dəstək kimi effektlidir.

Davamı →

Şüyüd toxumu

Şüyüd toxumu güclü qurd əleyhinə vasitədir. Şüyüdün özü də qurdları öldürmək xüsusiyyətinə malikdir. Lakin onun toxumlarında bu xüsusiyyət daha güclüdür. Bu məqsədlə şüyüd toxumunu bir neçə üsulla istifadə etmək olar.

1. Hər səhər acqarına 1 çay qaşığı şüyüd toxumunu çeynəyin və 1 stəkan su için.

2. 1 x.q. şüyüd toxumu 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür, gün ərzində 3 dəfə stəkanın 1/3 olmaqla içilir.
Davamı →

Uşaqlarda köp

CURECOL — köp əleyhinə yeni vasitə1 ml-in (25 damcı) tərkibi:                       

Simetikon              40 mq

Şüyüd yağı         0,005 ml

Razyana yağı    0,0007 ml

Farmakoloji təsiri:  

Curecol-un tərkibinə daxil olan simetikon qaz qovuqcuqlarının səthi gərilməsini aşağı salaraq parcalayır və nəticədə meteorizmi azaldır. Qazların bir hissəsi bağırsaq divarı tərəfindən udulur və peristaltika hesabına orqanizmdən xaric olunur.

Şüyüd yağı spazmolitik təsir göstərir. Qidanın həzm olunması prosesinə, bağırsaqda çürüməyə musbət təsir göstərir. Qarın ağrılarını, ağrılı spazmları aradan qaldırır, qazların xaric olmasına səbəb olur.

Razyana yağı meteorizmi aradan qaldırır və sakitləşdirici təsir göstərir. İştahanı artırır.

Göstərişlər:  

Meteorizm, aerofagiya, funksional dispepsiya

Mədə xorası, xroniki xolesistit, xroniki pankreatit

Bağırsaq infeksiyaları

Qarın boşluğunun rentgenoloji müayinəsi zamanı (öd kisəsi, bağırsaq, böyrəklər və s.)

Əks göstərişlər:  

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

Qəbul qaydası:  

Preparat yeməkdən 15 dəqiqə əvvəl qəbul olunur.

0 — 6 ay: 5-10 damcı gündə 4 dəfə

6 — 12 ay: 10-20 damcı gündə 4 dəfə

1 yaşdan yuxarı: 20-25 damcı gündə 4 dəfə

Əlavə təsiri: Yoxdur.

Buraxılış forması: 30 ml damcı.


Davamı →