Şaxta Baba

Nə yaman sərt keçdi otuzu gecə,
Soyuqdan üşüdü həyat bu yerdə.
Səssizcə yataqda qısılıb küncə
Nəsə pıçıldayır Fidan gizlində.

Böyük bir qız olub, var altı yaşı.
Ancaq, nağıllara inanır hələ.
Bayram gecəsində səssiz danışır,
O, Şaxta Babadan umur hədiyyə.
Davamı →

Şəhidlik ölümə gülməkdir

Bəzi məfhumlar və dəyərlər vardır ki, insan oğlu onun həqiqətini dərk edə bilmir. Bəlkə bu dəyərlər barəsində əsər, hekayə, roman, şeir və qəzəllər yazıla bilər, ancaq mahiyyəti tam dərk edilə bilməz. Belə dəyərlərin başında “şəhidlik” məfhumu gəlir. Mahiyyəti etibarilə fərqli şəkildə təzahür etsə də, Allah dərgahındakı dəyərləri və mükafatları eynidir. Çünki İslam ədəbiyyatında bütün növ şəhidliklər eyni qəbul edilmişdir.
Sözün əsl mənasında həqiqi şəhidə “dünya və axirət şəhidi” də deyilir. Bu qrupa düşmən və ya quldurlarla döyüşdə, malını, namusunu, canını, vətənini müdafiə edərkən zülm və haqsızlıqla öldürülənlər aiddir. Savaşda yaralanan və bu səbəblə ölənlər də bu qrupa daxil edilmişdir. Hz. Peyğəmbər bir hədisində şəhidlərin beş cür olduğunu buyurur. Rəvayətdə bildirilir ki: “Vəba kimi yoluxucu xəstəliklərdən ölənlər, daxili xəstəliklərə tutulanlar, suda boğulanlar, (zəlzələ və s. səbəblərdən) uçqun altında qalanlar və Allah yolunda canından keçənlər” şəhid sayılır. (Buxari; Müslim)
Davamı →

Şəhid ucalığı

      Şəhidlik ən öncə anamıza ana olan vətəni, ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümünü göz önünə alıb döyüşə atılmaq deməkdir.

 
Ardı →