Günümüzün narkotiki - Şəkər

Mütəxəssislərə görə şəkər günümüzün narkotiki, xilas olmamız lazım olan bir baş bəlası və uşaqlıq dövrünün siqareti… Amma vücudumuzun enerji mənbəyi də şəkərin özülü qlikozadır. Bəs nə etməli? Mütəxəssislər zəhər təsiri yaradan şəkərli məhsullardn xilas olub, sağlam şəkər mənbəylərinə yönəlməyimizi deyirlər. Şəkər kimi insan… Bu kimi sözlərlə zehnimizdə həmişə müsbət reaksiyalar yaradan şəkərin sağlamlıq baxımından faydalı olmadığını həmişə bilirdik amma“ şeytani bir zəhər”, “yeni dövrün narkotiki” və “ uşaqlıq dövrünün siqareti” olduğunu yeni öyrəndik. Aktual elmi xəbərlər şəkər və şəkər tərkibli məhsullardan qurtulmadığımız müddətdə daha çox xəstələnəcəyimizi qeyd edir.


Davamı →

Normadan artıq şəkər istehlakının immun sisteminə mənfi təsiri

Qış – yaz aylarında immun sistemi zəifləyir, orqanizmimiz infeksiyalara qarşı müqavimət göstərməkdə çətinlik çəkir. Bunun qarşısını almaq üçün düzgün, balanslı şəkildə qidalanmaq lazımdır.
Həddindən artıq şəkər istehlakı da immun sistemimizi zəiflədən faktordandır. Şəkərli içkilər, tortlar, kekslər, şirin unlu qidalar orqanizm üçün müvəqqəti enerjivermə qabiliyyətinə malikdir. Tez-tez bu məhsullarla qidalanan insanlarda C vitaminin miqdarı azalır. Nəticədə də leykositlər bədənə daxil olan bakteriya və virusların sadəcə 50 faizini təsirsiz hala gətirə bilir.
Davamı →

Şəkərli üz sindromu

Bəşəriyyət şəkərlə cəmi 200 ildir tanışdır. Elə o zamanda da onun ifrat qəbulu ilə əlaqəli xəstəliklər inkişaf edərək çətin sağalan və ya heç sağalmayan gizli iltihabın nəticəsi olan xroniki degenerative patologiyaların yayılmasına səbəb olmuşdur. Müasir insanın qidasının xeyli hissəsini təşkil edən aşkar və gizli şəkər ateroskleroz, neyrodegenerativ xəstəliklər, metabolik pozulmalar kimi problemlərin yaranmasında başlığa amildir. 

Az insana məlumdur ki,üzdə olan qırışlar, ləkələr, üz sallanmasının da günahkarı şəkərdir.
Davamı →