Şəkərsiz diabet
Şəkərsiz diabet termini altında çox miqdarda durulaşmış sidik ifrazı ilə xarakterizə olunan xəstəliklər toplanıb. Əksər hallarda həmin xəstəliklər antidiuretik hormonun istehsalı və ya təsirinin pozulması ilə əlaqədar olur.
Şəkərsiz diabet şəkərli diabetlə müqayisədə nadir hallarda rast gəlinən xəstəlikdir. Şəkərli diabet insulin çatışmazlığı və ya insulinə rezistentlik, qanda qlükoza səviyyəsinin yüksəlməsi səbəbindən susuzluq və sidik ifrazının artması ilə xarakterizə olunursa, şəkərsiz diabet zamanı yaranan poliuriyanın qanda qlükoza səviyyəsi ilə heç bir əlaqəsi olmur. Orqanizmdə mayenin həcmini və onun tərkibini balanslaşdıran xüsusi sistemlər fəaliyyət göstərir. İlk növbədə böyrəklər mayenin artığını orqanizmdən xaric edir və sidik əmələ gətirir. Orqanizmə daxil olan suyun miqdarı azalanda, yaxud hədsiz tərləmə və ya ishal nəticəsində maye itkisi baş verəndə böyrəklər kompensator olaraq daha az sidik ifraz edir, bununla da maye balansını qorumuş olur.
Davamı →