Şərbətin insan orqanizminə faydaları

Şərbət soyuq və ya isti halda içilən spirtsiz içkidir. Şərbətin hazırlanmasında su, bal, ədviyyatlar və ya müxtəlif dərman bitkilərindən istifadə edilir. Adətən şərbət balın və bitki dəmləməsinin suda həll olunmasından hazırlanır. Şərbətin hazırlanma tarixi qədim zamanlara gedib çatır.

X – XI əsrlərdə şərbət isti halda içilib. O zamanlar şərbət ev şəraitində hazırlanıb, bazarlarda, yarmarkalarda və əhalinin çox toplaşdığı yerlərdə satılıb. Şərbətin hazırlanması zamanı ətirli və müalicəvi bitkilərdən (reyhan, şalfey, qızılgül, nanə, zəncəfil və s.) istifadə edilir.

Ən qədim şərbət isə ball şərbəti hesab edilir. Onu tək və ya qarışım şəklində içmək mümkündür. XX əsrə qədər MDB məkanında yaşayan insanlar içki vasitəsi kimi əsasən şərbətdən istifadə ediblər. Sonralar isə şərbətin yerini çay və ya kofe tutub. Şərbət dəmləmə və ya qaynadılma üsulu ilə hazırlanır.
Davamı →