Mirzə Kazımbəy: Modernist şərqli

Rus şərqşünaslıq elminin atalarından hesab olunan Mirzə Kazımbəy və ya onun dünyada tanındığı adı ilə desək Aleksandr Kazımoviç Kazımbek 1802-ci ilin 22 iyulunda Rəşt şəhərində ruhani ailəsi olan Məhəmməd Qasımın ailəsində dünyaya göz açıb.

Qazi təyin olunduğu üçün atası Dərbəndə köçür, burada Mirzə Kazımbəy yüksək səviyyədə dini təhsil alır. Hacı Qasımın Dərbənddəki nüfuzu ona xeyli açıq və gizli düşmənlər qazandırır, çar hökuməti onu suçlu hesab edərək bütün əmlakını müsadirə edir, özünü isə Həştərxana sürgün edir. 1821-ci ildə gənc Məhəmmədəli atasının ayrılığına dözməyərək yanına gedir.

Kasıb gəncin zəngin qonaqları
Makferson və Qlen: Bu iki ingilis casusu, missionerlər Mirzə Kazım bəyin həyatını və dinini dəyişdirən şəxslər olublar. Onlar gənc Məhəmmədəlini ən həssas-ən kasıb vaxtında yaxalayırlar. Həştərxana gəldikdən sonra iş axtaran Məhəmmədəli bu iki missionerə türk və ərəb dilindən dərs demək təklifini dərhal qəbul edir. Missionerlərdən biri Kazımbəy haqqındakı məqaləsində yazırdı:
Davamı →