Ruhu öyrətmək mümkündürmü?

İnsanın bütün əxlaqı, şəxsiyyəti, özünə xas xüsusiyyətləri, zövqləri və qabiliyyətləri ruhunda formalaşır. Və əgər insan həqiqətən, ruh gücünü artırmaq istəsə, bu, onun öz əlindədir. Bu mövzuda insanın yolu gedə bildiyi qədər açıqdır. Daha əvvəl heç bilmədiyi, heç yaşamadığı bir ruh gücü və ruh zənginliyi əldə edə bilər.

Davamı →

Borderline şəxsiyyət pozuntusu

Borderline şəxsiyyət pozuntusu

Borderline, sərhəd şəxsiyyət pozuntusu olaraq da bilinir, insanlara ciddi zərər verə biləcək bir psixoloji xəstəlikdir. Dəstək olmadan sərhəddəki narahatlığı aradan qaldırmaq mümkün deyil. Bipolyar pozuntu kimi özünü göstərən borderline ani əhval-ruhiyyə və vəziyyət dəyişikliklərinə əsaslanır.
Davamı →

Şəxsiyyətin iradi keyfiyyətləri

Şəxsiyyətin iradi keyfiyyətləri elə iradi iş prosesində təzahür edir və formalaşır. İradi keyfiyyətlər – mürəkkəb psixi xüsusiyyətlər kimi insanın həyatı prosesində formalaşır, psixoloji səciyyəsinə görə vasitəli xarakter daşıyır. Tərbiyə şəraiti, sosial mühit eləcə də, sinir tipi iradi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır.
Şəxsiyyətin iradi keyfiyyətlərini 3 qrupda birləşdirmək olar:
1. İlkin iradi keyfiyyətlər – iradi güc, təkidlilik.
2. Törəmə iradi keyfiyyətlər – qətiyyətlilik, cəsarət, özünü ələ almaq, inam.
3. Üçüncü iradi keyfiyyətlər – məsuliyyətlilik, intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq.


Ardı →

Şəxsiyyətin inkişafında bioloji və sosial amillərin rolu

İnsan şəxsiyyəti bir çox amillərin təsiri və qarşılıqlı fəaliyyətinin nəticəsi kimi formalaşır. Bu prosesdə bioloji və sosial amillərin özünə məxsus rolu vardır.
İrsiyyətin rolu. İnsan bioloji varlıq kimi doğulur, buna görə də irsiyyət qanunu ona öz təsirini göstərir. İrsiyyətin maddi daşıyıcıları genlərdir. İrsən fiziki əlamətlər (qamət, sifət quruluşu, gözün və saçın rəngi və s.), habelə fizioloji əlamətlər (sinir sisteminin tipi, sinir hüceyrələrinin miqdarı və s.) nəsildən-nəslə keçir.


Ardı →