Məhsəti Gəncəvi

XII əsrdə Azərbaycanda hakim ədəbiyyat saray ədəbiyyatı idi. Saray şairləri Şirvanda və Təbrizdə Şirvanşahların və eyni zamanda da Eldəgizlərin sarayında yaşayır, onların hörmət və nüfuzunu artırmağa xidmət edirdilər. Lakin şəhər sənətkarlarının, şəhər yoxsullarının mənafeyini müdafiə edən şairlər saraydan kənarda yaşayır və bu iki ədəbi cərəyan arasında ciddi mübarizə gedirdi. Bu dövrdə şəhər sənətkarlarının, şəhər və kənd yoxsullarının tələb və arzularını geniş bir miqyasda ifadə edən dahi şair Nizami Gəncəvi idi. Nizaminin böyük müasiri olan şairlər içərisində öz demokratik görüşləri ilə xalqa yaxın olan, şəhər sənətkarlarının əhval-ruhiyyəsini ifadə edən şairlərdən biri də Məhsəti Gəncəvi idi.

Davamı →

Anna Axmatova - Rus poeziyasının sevilən xanımı

Böyük təsirə malik əsərlər ən dərin iztirabdan, sürəkli əzab və hədsiz məhəbbətin nakam sonluğundan doğulur. Böyük rus tənqidçisi N.Q.Çernışevski yazırdı: “Sənət əsəri, doğrudan da, o zaman gözəl ola bilər ki, sənətkar öz əsərində bütün vermək istədiklərini vermiş olsun”.

Rus mədəniyyətinin ən zəngin inkişaf mərhələsi, heç şübhəsiz ki, XIX əsr hesab olunur. Həmin əsrin ənənələrinə istinad edərək yüksələn XX əsr rus ədəbiyyatı da özünün şeir-sənət korifeyləri ilə möhtəşəmdir. Yaradıcılıqları ilə təkcə rus ədəbiyyatında deyil, həm də dünya poeziyasında mühüm yer tutan A.Blok, N.Qumilyov, V.Mayakovski, S.Yesenin, B.Pasternak kimi ədəbi şəxsiyyətləri xatırlatmaq kifayətdir.
Davamı →

Anna Axmatova

Aнна AхматоваRus ədəbiyyatının klassiki hesab olunan rus şairəsi, yazıçısı, ədəbiyyatşünası, tərcüməçisi Anna Axmatova (Qorenko) 1889-cu il iyun ayının 11-də Odessada, təqaüddə olan gəmi mühəndisinin ailəsində doğulub.

Anna ilk şeirini 11 yaşında yazıb. Atası ona şeirlərini Qorenko familiyası ilə nəşr etdirməyi qadağan etdiyindən, Anna ulu ana nənəsi Praskofya Fedoseyevna Axmatovanın qızlıq familiyası ilə şeirlərini çap etdirməyə başlayıb. Qeyd edək ki, ulu nənəsi Praskofya Axmatovanın ana tərəfi qədim tatar knyazları Çaqadayevlərin və məşhur dvoryan nəsli Axmatovların nəslindən idi.

İlk şeirləri 1911-ci ildə «Novaya jizn», «Apollon» və «Russkaya mısl» jurnallarında dərc edilib və böyük maraqla qarşılanıb. 
Davamı →

Sözləri: Zivər Ağayevanındır.

Şeirmi mahnıya gözəllik qatır, onu uzunömürlü edir, mahnımı şeiri? Bu suala cavab müxtəlif ola bilər. Bəzən zəif görünən, oxuduqda səni cəlb etməyən şeirə elə gözəl, beyinə ilişib qalan musiqi bəstələnər ki, yaddaşlardan silinməz. Bəzənsə, dinlədiyin  mahnının sənin ürəyində yer etdiyinə musiqisindən çox onun sözlərinin səbəb olduğunu dərk edərik.

Haqqında danışmaq istədiyim insanın sözlərinə yazılmış mahnılar 2-ciyə aid olanlardandı. Duyğulu, hər anımızın əhvalına xitab edən mahnıların sözləriylə ruhumuzu qidalandıran o müəllifləri tanımamağımız həmən şair və şairələrə ən azından haqsızlıqdı.
Davamı →

Anna Axmatova

Anna AxmatovaŞöhrəti bu gün də azalmayan, hələ sağlığında rus ədəbiyyatının klassiki hesab olunan rus şairəsi, yazıçısı, ədəbiyyatşünası, tərcüməçisi Anna Axmatova yaradıcılığı ilə yanaşı öz faciəvi taleyi ilə məşhurdur.

Doğrudur, Anna Axmatova şəxsən həbs edilməyib, sürgün olunmayıb. Amma sovet rejimi onun doğmaları olan iki nəfəri — birinci əri Nikolay Qumilyov və oğlu Lev Qumilyova qarşı amansız davranıb.

1910-1018-ci illərdəki həyat yoldaşı Nikolay Qumilyov 1921-ci ildə güllələnib, oğlu Lev Qumilyov isə ömrünün 10 ilini barmaqlıqlar arxasında keçirib. Özünün isə yaradıcılığı nəzarət, daimi qadağa altında olub. Hətta ölümündən bir neçə onillik keçəndən sonra belə Anna Axmatovanın əsərlərinə qadağa mövcud olub. «Vətən xaini»nin anası və «vətən xaini»nin arvadı Anna Axmatovanın «təcrübəsi» öz əksini «Rekviem» poemasında tapıb.

Əsərlərinə qoyulan qadağalara, Kommunist Partiyasının ona qarşı «personal» nifrətinə baxmayaraq, Anna Axmatova sağlığında rus ədəbi mühitini daima öz ətrafına yığa bilib, dövrünün ən istedadlı gəncləri ilə əhatə olunub. Məşhur rus şairəsinin həyat hekayətini sizə təqdim edirik.
Ardı →

Məhsəti Gəncəvi: əsatir yoxsa həqiqət

XII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şeir məktəbinin yaradıcılarından biri olan Məhsəti Gəncəvi ədəbiyyatımızın inkişafında mühüm rolu olan sənətkarlardandır. Demək olar ki, onun həyatı haqqında mübahisəli fikirlər üstünlük təşkil edir. Məhsətinin tarixi şəxsiyyət olması, Ömər Xəyyamdan əvvəl və yaxud da sonra yaşaması haqqında bəzi şübhəli məlumtlar meydana çıxır. Məhsəti dövründən başlayaraq onun haqqında bəzi mənbələrdə məlumatlar verilməsinə baxmayaraq, şərqşünas Y.E.Bertels onun sadəcə olaraq dastan qəhrəmanı olduğunu və belə bir şəxsin tarixdə yaşamadığını vurğulamışdır. Bunlara baxmayaraq, böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının müqəddiməsində, sufi şair olan Fəridəddin Əttarın “İlahinamə”əsərindədə Məhsətinin adı çəkilmişdir.
Ardı →