Mirvarid Dilbazi şeirləri
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Böyük şair və fikir adamı Nizaməddin Mir Əlişir Nəvai 1441-ci ildə Herat şəhərində (indiki Əfqanıstanda) dünyaya göz açıb. İlk təhsilini Əlişir Xorasanda və Səmərqənddə alıb. Hələ gənc yaşlarında türk və fars dillərində yazdığı gözəl şehlərlə o, bir şair kimi şöhrət qazanıb. Mədrəsədə təhsil aldığı illərdə Əlişir şahzadə Hüseyn Bayqara ilə yaxın dostluq qurur. Dostu taxt-taca yiyələnəndən sonra Əlişirə sarayda əvvəlcə möhürdar, daha sonra isə vəzir vəzifəsi və əmir titulu verir. Ədalətə hədsiz bağlılığı üzündən onu gözü götürməyən saray əyanlarının və dövlət məmurlarının sayı durmadan artır. Hətta ona qarşı hiylə və iftiralar o həddə çatır ki, şah tərəfindən Əlişir ən ucqar əyalət sayılan Əstərabada vali təyin olunur. Təxminən bir il bu ucqar bölgədə çalışandan sonra o, dövlət işindən könüllü istefa verərək, 1488-ci ildə doğma şəhərinə dönür və ömrünün qalan hissəsini yalnız bədii yaradıcılığa həsr eləyir. 1501-ci ilin yanvarında Əlişir Nəvai doğma Herat şəhərində bu dünyaya gözlərini əbədilik yumur.
Onun yaradıcılıq üslubunun və hərtərəfli dünyagörüşünün formalaşmasında yaxın dostu, farsca yazıb-yaradan görkəmli sufi ustadı və şair Əbdürrəhman Caminin rolu danılmazdır. Ömrünün yetkinlik çağlarından sufiliyin Nəqşbəndiyyə təriqətinə üzv olan, şeyx Əhrara (tam adı — Ubeydullah ibn Mahmud ibn Şihabəddin Əl-Hüseyni əl-Daşkəndi əl-Əhrardır, 1490-cı ildə vəfat edib) müridlik edən Cami şeyx mövqeyinə yüksələndən sonra Əlişir Nəvaini də özünə mürid seçir və sufiliyin əsaslarını ona öyrətməyə başlayır.
Nurəddin Əbdürrəhman ibn Nizaməddin Əhməd ibn Şəmsəddin Muhəmməd Cami — məşhur sufi şeyxi və şairidir. Daha çox Molla Cami adıyla tanınır. Qələmindən çıxan 45-dən çox irihəcmli əsərin böyük qismi farsca yazılıb. Əsərlərinin öz zəmanəsində və sonrakı yüzillərdə Şərq ədəbiyyatına təsiri o dərəcədə güclü olub ki, bir çox şərqşünaslar onu haqlı olaraq «farsca yazıb-yaradan klassik şairlərin (onların sıralaması belədir: Firdovsi, Ənvəri, Nizami, Rumi, Sədi, Hafiz, Cami — A.Y.) sonuncusu» adlandırıblar.
İndiki Əfqanıstan ərazisindəki Herat şəhəri yaxınlığındakı Cam qəzasında dünyaya göz açan Əbdürrəhman Cami öz ləqəbiylə bu kiçik yaşayış məntəqəsini bütün dünyaya tanıdıb. Dindar bir ailədə böyüyən Əbdürrəhman 1436 — 1452-ci illərdə Heratda ilk təhsilini alıb. Həmin şəhərə necə könüldən bağlanıbsa, 1452-ci ildən düz ömrünün sonuna qədər oradan ayrılmayıb.
Sufi ustadı Xoca Əhrar (1490-cı ildə vəfat edib) və özbək şairi Əlişir Nəvai (1441 — 1501) ilə yaxın dost olub. Teymurilər sülaləsinin hakimiyyəti dövründə, özəlliklə də Hüseyn Bayqara (1469 — 1506) dönəmində sarayda xüsusi hörmət-izzət sahibi imiş. Dəfələrlə sarayda yaşayıb-yaratmaq barədə dövrünün hökmdarlarından dəvətlər alsa da, həmişə sərbəst yaşamağı üstün tutub. Yetmiş səkkiz illik ömrü boyu zəmanəsinin bir çox tanınmış hökmdarlarıyla məktublaşıb, onların dünyagörüşünə, aldıqları qərarların ədalətli olmasına ciddi təsir göstərib. Onun Osmanlı hökmdarı II Bəyazidlə (1481 1512), Qaraqoyunlu xanədanının başçısı Cahanşahla (1437 — 1467), Ağqoyunlu padşahı Uzun Həsənlə (1453 — 1478) yazışmaları bu baxımdan böyük önəm kəsb edir.
Sənətkarın və onun əsərlərinin taleyi qəribədir. Bəzən iki, bəzən dörd misra, bəzən bir şeiriylə yadda qalanlar olur, bəziləri isə bütün külliyyatı ilə tarixə düşürlər. Elələri də var ki, heç ümumiyyətlə yaddaşa yazılmırlar. Məsələn, İmadəddin Nəsiminin qardaşı Şahi Xəndan dövrünün böyük şairi olub. Amma ondan bir misra da dövrümüzə qədər də gəlib çıxmayıb. Amma, çox qəribə də olsa Şamaxının mərkəzindəki və Seyid Əzim Şirvaninin basdırıldığı Şah Xəndan qəbiristanlığının adında qalıb adı. Atam “Nəsimi” dastanıyla fəxr edirdi. On ilə yazmışdı onu. İlk şöhrətini, fəxri adını da onda qazanmışdı. Deyirdi ki, mən tarixdə qalsam, bəlkə bu əsərimlə qaldım. Mən isə dilimi dinc qoymayaraq, “Yox. Sənin yaradıcılıq taleyin “Səhv düşəndə yerimiz” şeridir” deyirdim.
Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.