Şampunlar haqqında maraqlı faktlar

Gündəlik istifadəmizə daxil olan kimyəvi məhsullardan biri də saç şampunlarıdır. İndi ancaq saç yuyarkən işlədilən şampunlar vaxtilə fərqli məqsədlər üçün də istifadə edilirmiş.

1. 1800-cü illərin sonlarına qədər insanlar şampunları tualet, mətbəx dəzgahı və hətta dişlərini təmizləmək üçün istifadə edirdilər.

2. İddiaların əksinə, saçı yağlı göstərən maddə “sebum” su keçirməz olduğu üçün şampunların baş dərisinə o qədər də faydası yoxdur.

3. Şampundakı maddələrin sadəcə yüzdə 50-si su ilə reaksiyaya girir.
Davamı →

Şampununuzu zənginləşdirin

Adi gündəlik istifadə etdiyimiz şampunu zəngnləşdirmək olar. Zənginləşdirilmiş şampun saçlara həm kosmetik, həm də müalicəvi təsir edir — saçları möhkəmləndirir, kəpəklə mübarizə edir, tökülməsini azaldır, xarici görünüşünü xeyli yaxşılaşdırır.

Şampunu zənginləşdirmək üçün bu kimi inqrediyentlərdən istifadə edin:

1. Şampun + bal
Şampunu yarıbayarı olmaqla balla qarışdırın, saçlara çəkin, yüngül massaj edin, 10 dəqiqə saxlayın, yaxşı yuyun. Müxtəlif vitamin və minerallarla zəngin olan bal saçları möhkəmləndirir, tökülməsini azaldır, daha parıltılı və canlı edir. Həmçinin bal baş dərisinə də müsbət təsir edir, kəpəyi azaldır.
Davamı →

Saçları uzatmağın 8 üsulu

Saçlar orta hesabla ay ərzində 1-2 santimetr uzanır. Bu prosesi iki, üç dəfə sürətləndirmək mümkündürmü?

Qidalanma - Saçların əsas tikinti elementi və hüceyrələrin artımını sürətləndirən zülaldır. Gündəlik rasiona yumurta, balıq, süd və ət məhsulları əlavə edin. Omeqa 3, 6 və 9 yağ turşularını rasiondan əksik etməyin. Bu yağ turşularının ən əlverişli mənbəyi zeytun və kətan yağlarıdır. Bu yağları salatlara əlavə edin və ya qaşıqla için. Saçları A və E  vitaminləri, məsələn, kök, kələm və çuğundurla da uzatmağa cəhd edin.

Saçları uzatmaqla bağlı bir əla xəbəri də xanımlarla bölüşəcəyəm. Məlumdur ki, saçlar sinki sevir. Bu mineralın ən gözəl mənbəyi isə qabaq toxumları, mal əti və əlbəttə ki, şokoladdır. Bu, sevimli ləzzəti dadmaq üçün sanballı bəhanədir.

Təbii ki, gün ərzində 1,5 litr su içməyi də unutmayın.

Qidalanmanın effektini gözləməyən səbirsizlər isə əlbəttə ki, aptekdən saçları uzatmaq üçün mineral kompleks alıb qəbul edə bilərlər.

Saçlara qulluq vasitələri - Rəfiqələrinizin tövsiyələrinə, heyranlığına aldanıb şampun almayın. Bəlkə də onu xoşbəxt edən şampun sizi üçün əsl baş ağrısı olacaq. Şampun alarkən mütləq baş dərisinin tipini nəzərə alın. Piy vəziləri yaxşı işləyərsə, saç köklərinin inkişafı dayanmaz. Saçları ağırlaşdırmamaq üçün tərkibində silikon, paraben olmayan şampunlara üstünlük verin. Kondisionerlər, balzamlar və maskalar saçların kövrəlməsinin, qırılmasının qarşısını alır. Yağlar isə əksinə uzanmasına yardım edir. 4-6 aydan bir saçları uzadan xüsusi şampunlardan, kapsullardan istifadə etmək olar.  Bonus qismində isə peşəkar tonik və ya zərdab alın.


Ardı →

Şampundakı zərərli maddələr

Küləyin təsiri ilə rəqs edən uzun və gur saçlara sahib olmaq istəyirsinizsə, aldığınız şampunlara diqqət edin.

Əvvəllər qadınlar saçlarını sabun və başqa vasitələrlə yusa da, müasir dövrdə onları əvəz edən ikinci bir vasitə mövcud deyil. Havadan, ətraf mühitin yaratdığı bəzi faktorlardan dolayı saçlar çirklənir və yağlanır. Şampunların da əsas məqsədi saçları təmizləməkdən ibarətdir.

Şampunların tərkibi əslində bir neçə çeşid yuyucu vasitədir. Çoxu şampunların saçları möhkəmləndirdiyini düşünür. Lakin onun tərkibində zərərli maddələr də var. Məsələn, köpüyün bol olması, saçın qalın olması, parıldaması, yumşalmasını təmin edən və qoxu yayan maddələr var.

SLES (Sodium Laury Ether Sulfate)- SLS kimi xərçəng yaradan təsirləri ola bildiyi yönündə fikirlər səslənir. Bundan əlavə dəridə allergiyaya səbəb ola, gözə zərər verən maddələr var.


Ardı →

Geyim və əşyaların keçmişi

Son illərdə günəş eynəkləri vacibli moda əşyasına çevrilmişdir. Lakin ilk günəş eynəkləri nə moda, nə də ki, günəşdən qorunmaq üçün istifadə olunurdu. Çində 600 ildən çox, hakimlər bu eynəklərdən istifadə ediblər. Onlar əsasən tüstü rəngli şüşələrdən istifadə edirdilərki, insanlar onların gözlərini görməsinlər. Belə olduqda onların nə fikirləşdiyi də məlum olmurdu.




Ardı →