Məhsəti Gəncəvi
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
— Sən pəncərəni bağlaya bilərsən?
— Mən elə bilirdim sən təmiz havanı sevirsən..
— Sevirəm! Sadəcə... Payız… O, həmişə həyata keçməyən arzular qoxuyur...
[Oleg Tischenkov / Payız löhvələri]
Şair nə tez qocaldın sən!
Nemətsə də gözəl şer,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Yaxaladın yenə məni küçədə,
Şıltaqlığın bəla oldu başıma.
Soyuqladım, üşüdüm gör necə də,
Damlaların qarışdı göz yaşıma.
İslanmğım tamam başqa gözəllik,
Düşünmə ki, bir gün səndən bezərəm.
Sən payıza «yandırılan üzərlik»,
Hər işvənə, hər nazına dözərəm.
Damlaların həyatıma bir naxış,
Çətin, özgə gözəlliyə meyl edim.
Narın-narın, asta-asta yağ yağış,
Qoy mən səni pəncətədən seyr edim.
Xuraman Hüseynzade