Azərbaycan bayatılarında ümumi məzmun məsələləri - Nuridə İsmayılova
Əzizinəm, gecədir.
Nəm gözlərin gecədir.
Qəmlə yoldaş olanın
Bir dostu da gecədir.
Davamı →
Şifahi xalq yaradıcılığı
Xalqımızın zəngin şifahi ədəbiyyatı vardır. Söz sənətimizin ilk örnəkləri qədim dövrlərdə yaranmış, dildən-dilə, ağızdan-ağıza keçərək yaşamış və zənginləşmişdir. Şifahi xalq ədəbiyyatına folklor da deyilir. İngilis dilindən götürülmüş bu termin - folk — xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır.
Azərbaycan xalqının yüzillər boyu yaratdığı şifahi xalq ədəbiyyatı onun tarixi, mədəniyyəti, mənəviyyatı, həyat tərzi, adət-ənənələri haqqında zəngin məlumat verən əsas qaynaqlardan hesab olunur. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücünü parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu sənət inciləri janr əlvanlığı, dil-üslub aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatda xalqımızın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istəyi, sevgisi, nifrəti, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi hadisələrə münasibəti geniş bədii əksini tapmışdır.
Davamı →
Güldürən, düşündürən qaravəllilər
Azərbaycan folkloru olduqca zəngindir. Son illər folklorşünaslığımızda bir çox problemlərlə bağlı maraqlı araşdırmalar yaranıb. Tahir Orucov ilk dəfə olaraq 200-ə qədər qaravəlli mətnini geniş araşdırmaya cəlb edib. Bu araşdırmada qaravəllilərin digər epik janrlar içərisində yeri müəyyənləşdirilib, qaravəlli janrının təsnifatı aparılıb. T.Orucov deyir: «Qaravəlli janrı Azərbaycan folklorunun epik növünə daxil olan janr kimi uzun onilliklər ərzində diqqətdən kənarda qalıb.
Ardı →
Cinas bayatılar
Ardı →