Hansı şirə hansı xəstəlikdə faydalıdır?

Meyvələr insan orqanizminə nə qədər faydalıdırsa, onlardan hazırlanan şirələr də sağlamlığa bir o qədər müsbət təsir göstərir. Ancaq meyvə şirələrindən düzgün istifadə edilmədikdə vücudda xəstəliklərin yaranması belə mümkündür.
Bəs hansı şirələr hansı xəstəliyin müalicəsinə müsbət təsir göstərir?
Davamı →

Daha çox alma, daha sağlam ürək

Gülçiçəklilər fəsiləsinin ən geniş yayılmış növlərindən biri olan almanın respublikamızda üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: 

 Yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort almalar iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın övündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur. Almalar tərkibcə çox zəngindirlər. Onun tərkibində 5-24%-ə qədər şəkər, 1,3%-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları vardır. Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək damar sistemi üçün çox faydalıdır.


Ardı →

Mürəbbənin hazırlanma sirləri

Yaz ki gəldi, yay ki gəldi, bilirik ki, qadınlar başlayırlar qışa hazırlaşmağa — qışa tədarük görülür, mürəbbələr, şorabalar, turşular hazırlanır və s. Bizə elə gəlir ki, biz hazırladığımız nə varsa hamısını düz hazırlayır, qaydaları 5 barmağımız kimi bilirik. Amma, belə deyil. Bizim də bilmədiklərimiz var. 
Mürəbbə bişirməyi hamımız bacarırıq, amma, incəliklərini bilmirik.

Bir mürəbbə sevən qız kimi oxuyub, bildiklərimdən, bacarıqlı əllərdən  oğurladıqlarımdan, təcrübələrimdən sizinlə də bölüşmək istərdim ki, bir yerdə faydalanaq.


Ardı →