Çiyələkli Magnolia

Ərzaqlar:
15 ədəd çiyələk
10 ədəd peçenye

Puding üçün:
1l süd
2 yemək qaşığı un
3 yemək qaşığı nişasta
(qarğıdalı və ya buğda nişastası)
3 ədəd yumurta
3/4 su stəkanı şəkər tozu
1 paket vanil
200ml krem

Davamı →

Balqabaqlı şirniyyat

Ərzaqlar:
500 qram balqabaq
1 stəkan şəkər tozu
1 paket pecenye
3 yemək qaşığı çəkilmiş qoz
2 stəkan su. 

Üzəri üçün:
Əridilmiş şokolad. 

Hazırlanması:
Qabığını soyduğunuz balqabağın üzərinə su və şəkər tozunu əlavə edib, bir qazanda bişirin. Bişdikdən sonra soyudub, əzərək pürə halına gətirin. Peçenyeləri əlinizlə qıraraq kiçik hissələrə ayırın.
Davamı →

Mütəkkə (Mutaki)

24 ədəd mütəkkə üçün
Xəmir üçün:
2¾ stəkan un
120 qram soyuq kərə yağı, parçacıqlara ayrılmış
1 stəkan xama
2 yumurta sarısı

İçlik üçün:
½ stəkan qoz, iri şəkildə xırdalanmış
½ çay qaşığı üyüdülmüş hil
¼ stəkan şəkər tozu (şirin olmasını arzulayırsınızsa, biraz daha artıra bilərsiniz, amma ½ stəkandan çox olmamalıdır)

Üzəri üçün:
¼ stəkan şəkər pudrası

Hazırlanması:
Birinci xəmiri hazırlayın. Unu və soyuq yağ parcacıqlarını geniş qaba qoyun. Barmaqlarınızla unu yağa kiçik parçacıqlar şəklində qalana kimi yedizdirin. Xamanı və yumurta sarılarını əlavə edib, daha yumşaq xəmir alana kimi yoğurun.
Davamı →

Yaşıl çaylı peçenye

Tərkibi:
3 xörək qaşığı kərə yağı
Yarım stəkan qəhvəyi şəkər tozu
1 ədəd yumurta
Bir paket vanil
2 stəkan un
Bir xörək qaşığı yaşıl çay
Bir paket qabartma tozu
Yarım paket ağ şokolad
Yarım paket südlü şokolad

Hazırlanması:
Otaq temperaturunda əridilmiş kərə yağının içərisinə şəkər tozunu qatıb, krem halına gələnə qədər çırpın. Yumurtaları və vanili əlavə edərək, çırpmağa davam edin. Bu sırada yaşıl çayı, qabartma tozu və unu bir qabın içində yaxşıca qarışdırın.
Davamı →

İrəvan kətəsi

Azərbaycan mətbəxinin ən qədim şirniyyatlarından biri də İrəvan kətəsidir. Əvvəllər bu kətəni hazırlamaq böyük şan-şöhrət, məharət hesab edilərdi. Düzdü, son illər xanımlarımız arasında bu cür şirniyyatlara maraq azalsa da, amma bişirən, ənənələri yaşadanlar da az deyil.

Xəmir üçün:
Kərə yağı – 250 qr.
Xama – 200 qr.
Soda – 1 ç.q.
Sirkə – 1 x.q.
Vanilin – 1 paket
Un – 4-4,5 st.

İçlik üçün:
Un – 1,5 st.
Şəkər tozu – 1,5 st.
Kərə yağı – 100 qr.
Davamı →

Heyva şirniyyatı

Tərkibi:
5 ədəd heyva
1 stəkan yarım şəkər tozu
4 ədəd mixək
1 ədəd çubuq darçın
2 stəkan su

Hazırlanması:
Əvvəlcə heyvaları yuyun. Qabıqlarını soyub ortadan iki yerə bölün və dənələrini çıxarın. Ortasını oyun, amma atmayın. Bir ləyəndə heyvaların boyunu keçməyəcək qədər su tökün və 15-20 dəqiqə qaynadın.
Davamı →

Zefir

Tərkibi:
1 litr kefir
175 qr yağsız xama
1 stəkan şəkər tozu
2 x/q jelatin
2 stəkan su
yarım paket vanil

Hazırlanması:
Jelatini 2 stəkan ilıq suda 30-40 dəqiqə müddətində isladın. Sonra aşağı odda durmadan qarışdırıb, ocaqdan götürün. Soyumağını gözləyin. Bu müddətdə kefir, xama, vanil və şəkər tozunu mikserlə 5-6 dəqiqə qarışdırın. Jelatini kütləyə əlavə edib,5 dəqiqə də qarışdırmağa davam edin.

Hazır kütləni geniş siniyə töküb, soyuducuya qoyun. Tam soyuyub, bərkidikdən sonra, deserti ya bıçaqla ya da qurabiyə formaları ilə kəsib, süfrəyə verin. 
Davamı →