Şizofreniyanın müalicəsi mümkündürmü?

Şizofreniya dünyada milyonlarla insana təsir edən ciddi bir ruhi xəstəlikdir. Bu xəstəlik insanın düşüncə, hiss, davranış və qavrayış qabiliyyətinə mənfi təsir edir. Şizofreniya xəstələri hallusinasiyalar, qarışıq düşüncələr, sosial geri çəkilmə kimi bir çox simptomlarla mübarizə aparırlar. Bu xəstəliyin təsiri yalnız xəstənin özü ilə məhdudlaşmır, ailə üzvləri və dostları da bu prosesdə mühüm rol oynayır. Şizofreniya, tez-tez gənclik dövründə ortaya çıxır və xəstənin təhsil, iş və sosial münasibətlərinə mənfi təsir edə bilər. Bu yazıda şizofreniyanın müalicəsi, simptomlarının idarə edilməsi və xəstələrin daha yaxşı bir həyat yaşamaları üçün lazım olan dəstək sistemləri haqqında ətraflı məlumat veriləcək.


Davamı →

Şizofreniya və onun əlamətləri

 

Şizofreniya nədir?
Hərfi mənası “ağlın parçalanması” (“şizo” parçalanma, “freniya” isə ağıl) olan şizofreniya beyindəki bəzi kimyəvi maddələrin dəyişilməsi ilə ortaya çıxan bir xəstəlikdir. Daha çox 17- 25 yaş arasında rast gəlinən bu problem bir çox hallarda müalicə olunsa da təəsüflər olsun ki bəzi şəxslərə istədiyimiz faydanı verə bilmirik.

 

Bütün dövrlərdə yayılması 1% olan şizofreniya xəstələri cəmiyyətdə yayılan fikirlərin əksinə olaraq heçdə aqressiv qorxulu deyil onların cinayət etməsi, ani saldırqanlıq hissləri demək olar ki, yox səviyyəsinədir.


Davamı →

Həyata şizoidlərin gözləri ilə baxış

Şizoid tiplər yeni tanış olduqları insalara qarşı olduqca ehtiyatlı davranan və eyni zamanda münasibətləri dərinləşdikcə belə bu davranışlarını heç vaxt dəyişdirməyən şəxsiyyət pozğunluğudur. Hisslərini ifadə etməkdə olduqca çətinlik çəkən şizoidlər daha çox öz daxili dünyasında olmağa üstünlük verirlər. Onların dost ətrafları olduqca az saydadır.

Şizoidləri başa düşmək heç də asan iş deyil, çünki onlar özləridə özlərini başa düşməkdən qaçırlar. Belə olduqda biz onların susqun, qayğısız, öz daxili aləmlərinə bağlanmış vəziyyətini izləyərkən,onların özləri və həmçinin başqaları haqqında nə düşündüyünü necə bilə bilərik?
Davamı →