Şizofreniyanın müalicəsi mümkündürmü?

Şizofreniya dünyada milyonlarla insana təsir edən ciddi bir ruhi xəstəlikdir. Bu xəstəlik insanın düşüncə, hiss, davranış və qavrayış qabiliyyətinə mənfi təsir edir. Şizofreniya xəstələri hallusinasiyalar, qarışıq düşüncələr, sosial geri çəkilmə kimi bir çox simptomlarla mübarizə aparırlar. Bu xəstəliyin təsiri yalnız xəstənin özü ilə məhdudlaşmır, ailə üzvləri və dostları da bu prosesdə mühüm rol oynayır. Şizofreniya, tez-tez gənclik dövründə ortaya çıxır və xəstənin təhsil, iş və sosial münasibətlərinə mənfi təsir edə bilər. Bu yazıda şizofreniyanın müalicəsi, simptomlarının idarə edilməsi və xəstələrin daha yaxşı bir həyat yaşamaları üçün lazım olan dəstək sistemləri haqqında ətraflı məlumat veriləcək.


Davamı →

Şizofreniya və onun əlamətləri

 

Şizofreniya nədir?
Hərfi mənası “ağlın parçalanması” (“şizo” parçalanma, “freniya” isə ağıl) olan şizofreniya beyindəki bəzi kimyəvi maddələrin dəyişilməsi ilə ortaya çıxan bir xəstəlikdir. Daha çox 17- 25 yaş arasında rast gəlinən bu problem bir çox hallarda müalicə olunsa da təəsüflər olsun ki bəzi şəxslərə istədiyimiz faydanı verə bilmirik.

 

Bütün dövrlərdə yayılması 1% olan şizofreniya xəstələri cəmiyyətdə yayılan fikirlərin əksinə olaraq heçdə aqressiv qorxulu deyil onların cinayət etməsi, ani saldırqanlıq hissləri demək olar ki, yox səviyyəsinədir.


Davamı →

Həyata şizoidlərin gözləri ilə baxış

Şizoid tiplər yeni tanış olduqları insalara qarşı olduqca ehtiyatlı davranan və eyni zamanda münasibətləri dərinləşdikcə belə bu davranışlarını heç vaxt dəyişdirməyən şəxsiyyət pozğunluğudur. Hisslərini ifadə etməkdə olduqca çətinlik çəkən şizoidlər daha çox öz daxili dünyasında olmağa üstünlük verirlər. Onların dost ətrafları olduqca az saydadır.

Şizoidləri başa düşmək heç də asan iş deyil, çünki onlar özləridə özlərini başa düşməkdən qaçırlar. Belə olduqda biz onların susqun, qayğısız, öz daxili aləmlərinə bağlanmış vəziyyətini izləyərkən,onların özləri və həmçinin başqaları haqqında nə düşündüyünü necə bilə bilərik?
Davamı →

Psixi xəstəliklər və sənət

Psixi xəstəliklərlə sənət arasındakı əlaqə son illər ən çox araşdırılan mövzulardandır. Birinci növbədə bilinməlidir ki, heç bir xəstəlik tam olaraq sənətə və ya ədəbiyyata meyilliliyin göstəricisi ola bilməz. Ancaq buna təsir edə bilər.

Belə ki, araşdırmalarla da təsdiqləndiyi kimi sənət və psixi xəstəliklər arasında əlaqə mövcuddur. Hətta sənət, fəlsəfə, ədəbiyyat kimi sahələrdə qabiliyyət ilə psixi xəstəliklərin eyni gendən başlanğıc götürdüyünü vurğulayan nəzəriyyələr vardır. Və bu genlər bəzi insanlarda şizofreniya bəzilərində maniakal depressiv psixoz kimi özünü göstərir. Faiz göstəricisi ilə 25% şizofren valideynlərdən doğulan uşaqların yüksək zəka və yaradıcı olmaları mümkündür. Ancaq yenə də bu nəticələr mütləq doğru olaraq qəbul edilməməlidir.

Lakin bilindiyi kimi, şizofreniya xəstələri nitqi yaxşı istifadə edə bilmirlər, və istər qavrama pozuntularının səbəb olduğu halusinasiya və illuziyalar istərsə də psixi avtomatizmin təsiri ilə şəkil dili yəni təsvir qabiliyyətləri fantaziya və təfəkkürləri digər insanlarla müqaisədə daha genişdir. Yəni xəstəliyin təməlində nitqlə əlaqə probleminin olması xəstələri rəsmə asanlıqla yönləndirir.
Davamı →

Şizofren John Nash'in həyatını əks etdirən filmdən replikalar..(A beatiful Mind)..


1.Xoşbəxt olmaq hər şeyin yolunda olması demək deyildir.Xoşbəxt olmaq görməməzlikdən gəlmə mövzusunda ustalaşmaq deməkdir..
2.Bəlkə cox gözəl bir zəkaya sahib olmaq xoş bir şeydir amma daha böyük bir hədiyyə gözəl bir ürəyikəşf etməkdir..
3.Həyatda heç bir şeydən əmin ola bilməzsən,əmin ola biləcəyin tək şey budur..
  4.İnsan xəyal gücünün əlverişli olduğu qədər pislik edər..
5.İbtidai sinif müəllimim mənə çox inkişaf etmiş bir beynim amma heç inkişaf etməmiş bir ürəyim olduğunu demişdi..
6.Bir saniyəmə bele dəyməyəcək insanlara çox vaxt sərf etdim..
7.Şərh etmək yalnız hadisəni kənardan izləyənlərin lüksüdür..

Davamı →

Şizofreniya haqqında 14 yanlış fikir

Birinci yanlış fikir : Şizofreniya nadir xəstəlikdir.
Fakt : Bəzi dövlətlərdə buna daha tez, bəzilrində isə daha az rast gəlinir.Alimlər hələdə onun yaranma səbəbini axtarib tapa bilmir.Bu xəstəliyə müxtəlif sosial qruplar arasında rast gəlmək olar.
İkinci yanlış fikir:şizofreniyanın yaranma səbəbinin uşağlığda olan pis rəftarla əlaqələndirilməsidir.
Fakt: İnsanda şizofreniyanın yaranmasına tərbiyyə,ailənin sosial-iqtisadi vəziyyəti və dini mənsubiyyəti qətiyyən təsir etmir.Ruhi-əsəb xəstəlikləri sinir sistemində gedən metobolik proseslərin pozulması nəticəsində yaranır və bu proseslərə uşağın həyatında baş verən hadisələr təsir edə bilməz.Lakin uğursuz şərait xəstəliyin dərinləşməsinə və ağırlaşmasına şərait yarada bilər.
Davamı →

Şizofreniya

şizofreniyaŞizofreniya ağır və xroniki hal alan psixi xəstəlikdir. Bu xəstəlik zamanı insanın şəxsiyyəti dəyişir, o, başqalarından təcrid olunur, gerçəkliyi hallusinasiyaları ilə qarışdırır. Şizofreniya nəticəsində insan adi həyat tərzindən, yaxınlarından uzaqlaşır, müalicə olunmadıqda xəstəliyin fəsadları ağırlaşır.

Psixiatr Mətanət Kərimovanın sözlərinə görə, şizofreniya zamanı insanın sosial həyatda fəallığı azalır, onun fəaliyyətinin məqsədləri itir, düşünmə qabiliyyəti pozulur. Bu xəstəliyin yaranması isə müxtəlif psixi pozuntuların inkişafı ilə bağlıdır. Şizofreniya zamanı insanda hallusinasiyalar, əhvalın kəskin dəyişməsi, aqressiya və ya durğunluq müşahidə olunur, xəstə baş verənləri dəqiq anlamır.

Şizofreniyanın səbəblərinin və inkişafının hələ lazımi qədər öyrənilmədiyini deyən psixiatr bildirir ki, xəstəlik irsi faktorlarla sıx bağlıdır.
Ardı →