Acı şokolad yeməyin 9 müsbət təsiri

Alimlər hər gün şokolad yeməyi məsləhət görürlər. Amma bu xəbərin pis tərəfi də var. Onlar yalnız tünd, acı şokolad yeməyi tövsiyə edirlər. Şokoladın tərkibində kakao çox, şəkər isə az olarsa, faydaları bir o qədər çox olar. Faydalı şokoladın tərkibində kakaonun miqdarı 70% və bundan çox olmalıdır.

1. 70-85% kakao miqdarına sahib 100 qram şokoladda gündəlik ehtiyacımız olan bir çox maddələr var:
— 11 qram qida lifi
— Gündəlik ehtiyacımız olan dəmirin 67%-i
— Gündəlik ehtiyacımız olan maqneziumun 58%-i
Davamı →

İsti şokolad

İnqridientlər:
2 stəkan yağlı süd
100 qr tünd şokolad
şəkər pudrası (zövqə görə)
1 çimdik darçın
1 çimdik vanil.

Hazırlanması:
Şokoladı xırda tikələrə doğrayın, su hamamında əridin. Süd və şəkər pudrası əlavə edin, yaxşı qarışdırın.
Darçın və vanil əlavə edin, qarışdırın, oddan götürün.
Şokoladı dərhal fincanlara süzün və masaya verin. Nuş olsun!
Davamı →

Aclıq hissini aradan qaldıran qidalar

Sandviçlər
 Evinizdə hazırladığınız az kalorili bir sendviç çöldə müxtəlif səbəblərdən qida çatışmamazlığınızın qarşısını alacaq.

Biskvit və ya kraker
Bunlar əsasən avtomobil və gəmi səyahətləri zamanı aclıq hissi yaşayanlar üçün idealdır. Bu qidalar səfər zamanı ürək bulantılarınızın da qarşısını alacaq.

Şirniyyat və şokoladlar
Günəşli günlərdə bədən daha çox kalori itirir. Əgər yemək yeməyə vaxt tapa bilmirsinizsə və işləriniz açıq havadadırsa hər zaman yanınızda şokolad gəzdirin. Bu qidalar həm də enerjili bir gün keçirmənizə səbəb olacaq. Təbii ki, normadan artıq qəbul etməmək şərtilə.
Davamı →

Şokoladın faydaları

Şokolad - ən vazkeçilməz şirniyyat növlərindən biridir. Bu şirin möcüzənin tarixi bizim eradan əvvəllə dayanır. Qədim zamanlarda insanlar kakao toxumlarını üyüdüb enerji içkisi hazırlayardılar. Bəs bu dadlı şirniyyatın faydalarını bilirsinizmi?

* Ürək xəstəlikləri və xərçənglə mübarizə aparır, dəri və sümükləri qidalandırır.

* Kakaoda qırmızı şərabla müqayisədə iki, yaşıl çayla müqayisədə isə 3 dəfə çox antioksidant var.

* Şokolad eyni zamanda kalsium mənbəyidir. Bu isə güclü sümüklər deməkdir.

* Şokoladda insanın özünü yaxşı hiss etməsinə səbəb olan endorfin hormonu boldur.

* Güclü dişlər üçün flüor, stresslə mübarizə üçün isə potaş əhəmiyyətlidir. Bunlar isə şokoladda boldur.

* Tərkibindəki mis damarlar, hüceyrələrin sağlamlığı üçün vacibdir.


Ardı →

Şokolad çox faydalıdır

Bu dadlı şirniyyata görə biz Xristofor Kolumba borcluyuq. Vaxtılə məhşur səyyah onu Meksikadan Avropaya gətirib. Əvvəllər şokolaqı duru vəziyyətdə qəbul edirdilər.

Daha sonra ondan müxtəlif şirniyyatları istehsal etməyə başladılar.

Bir çox insanların fikirincə şokoladın ziyanı onun xeyirindən daha çoxdur. Lakin bu yanlış fikirdir. Yaxşı və keyfiyyətli şokolad (söhbət ilk növbədə şokolad plitkalarından gedir) insana yalnız xeyir gətirə bilər. Ucuz və keyfiyyətsiz saxta şokolad isə tək xeyirsiz yoz, hətta ziyanlıdır. Təəssüf ki, hal hazırda dükanlarda daha tez-tez hallarda məhz saxta şokoladla rastlaşmaq olur. Diqqətli olun və şokolad plitkalarının bağlamalarını oxuyun.

Yaxşı şokolad dedikdə, biz təbii şokoladı nəzərdə tuturuq. Onun tərkibində təbii kakao və kakao yağı var (palma, bitki və s. yağlar yox!). Yaxşı şokolad kifayyət qədər bahalı məhsuldur və bu səbəbdən ucuz şokolad sizdə şübhə yaradmalıdır. Ən faydalı şokolad növü acı şokoladdır. Bu şokoladın tərkibində şəkər azdır, lakin kakao çoxdur.


Ardı →

Şokolad necə xoşbəxt edir?

Bayramlar zamanı ən yaxşı hədiyyələrdən bir də şokoladdır. Xüsusən də onu sevənlər üçün. Yəqin ki, şokoladı sevməyən çox az adam var. İnsanların çoxu şokoladı şirniyyat kimi təsvir edirlər və ümumiyyətlə onlar haqqlıdırlar. Satışda olan bir çox şokoladların tərkibi şəkər, süd və digər əlavələrdən təşkil  olunur. Məhz bu da onu qeyri-sağlam qida edir. Hər kəsin bildiyi kimi bu növ şokolad təkcə dişlər üçün yox, eyni zaman da orqanizm üçün də zərərlidir. Beləki, şəkər çox qəbul edildikdə qanı sanki zəhərləyir.

Bunun tam əksi olaraq, yediyiniz təbii şokoladdırsa, demək, ən xeyirli məhsullardandır. Təbii şokolad  tünd rəngli, acı dadlı və tərkibi kakao yağı ilə zəngin olur. Əksər hallarda marketlərdə satılan şəkər qatılmış şokolad isə şirniyyatdan fərqlənmir.


Ardı →

Şokolad kişilər üçün faydalıdır

Əvvələr mütəxəssislər hesab edirdilər ki,şokolad hər iki cinsin sağlamlığı üçün faydalı qida elementidir,ancaq son tədqiqatlar daha da kompleks nəticələrin aşkarlanmasına kömək etmişdir.Şotlandiyanın Aberdin universitetindən olan alimlər müəyyən etmişlər ki,şokolada olan sevgidə kişilərin qazancı qadınlara nisbətən daha çoxdur.Təcrübələr seriyası göstərdi ki,kişi orqanizmi şokoladı daha asan mənimsəyir.Bu səbəbdən də onlarda pozitiv effekt daha güclü alınır.


Ardı →