Boqraç şorbası

Tərkibi:
1 kq mal əti
4 qabığı soyulmuş pomidor
3 bolqar bibəri
kartof
1 acı istiot
4 baş soğan
2-3 yerkökü
tomat sousunda lobya
yağ
bulyon və ya su
paprika
duz
qara istiot
Davamı →

Şorba hazırlayarkən bunları bilməlisiniz

  • Əgər sup-püre hazırlayırsınızsa, yaxşı olar ki, ona bulyonda isladılmış çörək ovuntuları əlavə edəsiniz. Belə şorbalar adətən qaynadılmır.
     
  • Şorbanın kəfi üzə çıxsın deyə, qaynadarkən mütləq soyuq su əlavə etmək lazımdır. Əgər ətirli və dadlı şorba əldə etmək istəyirsinizsə, odu çox az qoyun.
     
  • Əgər mal ətindən şorba hazırlayırsınızsa, çoxlu tərəvəz qatmaq məsləhət deyil. Belə halda ətin şorbaya verdiyi ətir və dad itəcək. Ümumiyyətlə balıq və göbələklə olan şorbalara tərəvəzləri bitki yağında qızardıb əlavə etməniz məsləhətdir. Südlü şorbalara qatdığınız tərəvəzləri isə kərə yağında qızardın.

Ardı →

Piti, Sulu xingal və Şorba

Piti — (Qoyun əti (sümüklü və yağlı) bir porsiya üçün 1 parça, kartof 1 böyük 1 porsiya üçün, noxud, 1 baş soğan, tomat pastası, alça, sarıkök, duz, istiot ). Bu milli Azərbaycan şorbasıdır. Adətən onun xüsusi gil qablarda və xüsusi sobalarda bişirirlər. Əksəriyyətin belə sobalarda və küpədə bişirmək imkanı olmadığından, idni biz pitini adi qazanda, qaz və ya elektrik plitəsində bişiririk. Şəkidə olarkən mənə əsl pitini dadmaq nəsib oldu.
Ardı →