Çuğundur şorbası


Litva, Latviyada çox məşhur yay yeməyidir. Həm də qanı artırır, qəbizliyə qarşıdır.

400 qr çuğundur suda bişirilir, qabığı soyulub, irigözlü sürtgəcdən keçirilir. Üzərinə çıxana kimi su alınıb, 6-7 dəqiqə bişirilir. Sonra üzərinə 1 qaşıq sirkə əlavə edib, qarışdırıb, soyuducuya qoyun. 7 ədəd yumurtanı suda bişirib, yarısını kubik formasında doğrayın, yarısını isə saxlayın.
Davamı →

Nanə şorbası

Ərzaqlar:
  • Su -1,5 litr
  • Yaşıl noxud bankada — 200 qr
  • Kartof — 3 ədəd
  • Soğan -1 ədəd
  • Sarımsaq -2 diş
  • Kərə yağı — 30 qr
  • Qaymaq — 100 ml
  • Nanə — yarım dəstə
  • Duz, istiot. 

Hazırlanması:
Qazanda su qaynara salınır, kub formasında doğranmış kartoflar atılıb, 10 dəqiqə bişirilir. Tavada kərə yağı əridilir, soğan burda qovrulur.
Davamı →

Limon şorbası

Tərkibi:
  • 2 limon
  • 2 yemək qaşığı un
  • Yarım çay qaşığı düyü
  • 2 stəkan su
  • Cəfəri,nanə
  • Yarım çay qaşığı zəncəfil
  • Bir çimdik duz, eyni miqdarda adi cirə

Hazırlanması:
Limonların suyunu sıxın, qabıqlarını rəndələyin. Zeytun yağı, su və unu qazana töküb yaxşı-yaxşı qarışdırın.
Davamı →

Şəfalı şorba

Tərkibi:
• 1 dəstə quşqonmaz
• 3 yemək qaşığı kərə yağı
• 1,5 yemək qaşığı un
• 5 stəkan ət suyu
• 1 stəkan süd
• 1/4 çay qaşığı qırmızı istiot
• 1/2 çay qaşığı nanə qurusu, qara istiot
• 1 çay qaşığı duz
Qeyd: qulançar seçərkən kövrək, körpə,parlaq və yaş olmasına diqqət edin.
Davamı →

Narlı kartof şorbası

Tərkibi (4 nəfər üçün):
1 ədəd soğan
2 diş sarımsaq
1 ədəd bibər
1 çay qaşığı sumaq
2 xörək qaşığı kokos yağı
2 xörək qaşığı su
400 qram şirin kartof
4 ədəd xırda pomidor
5 stəkan tərəvəz suyu
1.5 xörək qaşığı narşərab
25 qram duzlu fıstıq
Yarım nar
Davamı →

Qaymaqlı ispanaq şorbası

Tərkibi:
– 3 dəstə ispanaq
– 2 böyük kartof
– 1 ədəd soğan
– 0.5 litr su
– 200 ml qaymaq
– bitki yağı
– duz, istiot.

Hazırlanması:
Soğanın qabıqlarını soyub, xırda doğrayıb bitki yağında qızardırıq. Kartofları kub şəkildə doğrayaraq, qaynar suda yumşalana qədər bişiririk.

Kartof yumşalana yaxın ispanaqları həmin qazana əlavə edib üzərinə duz, istiot səpərək 3-4 dəqiqə bir yerdə bişiririk.
Davamı →

Qırmızı lobya supu

Ərzaqlar:
1, 5 l bulyon
1 stəkan qırmızı lobya
1 baş soğan
1 kök
1 x.q. tomat
2 orta ölçüdə kartof
yarım dəstə cəfəri
duz, istiot, sarıkök.

Hazırlanması:
Lobyanı axşamdan isladın, səhər suyu süzün, lobyanı yaxşı yuyun, ağzı bağlı qazanda yumşalana qədər bişirin. Yağda soğan, kök, xırda doğranmış cəfəri qızardın. Tomat əlavə edin, 1-2 dəqiqə qızardın.
Davamı →

Göbələk supu

Ərzaqlar:
400 qr şampinyon göbələyi
3-4 orta ölçüdə kartof
1 soğan
1 bolqar bibəri
1 kök
2 diş sarımsaq
göyərti (zövqə görə)
zeytun və kərə yağı (qızartmaq üçün)
duz, istiot, dəfnə yarpağı.

Hazırlanması:
Tərəvəzləri təmizləyin, doğrayın. Soğanı zeytun yağı ilə kərə yağının qarışığında qızılı rəng alana qədər qızardın, kök, bolqar bibəri əlavə edin, yumşalana qədər qızardın. Tavaya sarımsaq sıxın, 1-2 dəqiqə qızardın, tavanı oddan götürün.
Davamı →