Azərbaycanın İstiqlal şairi - Əhməd Cavad

Azərbaycanın Dövlət Himninin müəllifi, tanınmış şair və Cümhuriyyət dövrünün qüdrətli tərənnümçüsü Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə) 1892-ci ilin mayın 5-də Gəncə qəzası, Şəmkir nahiyəsinin Seyfəli kəndində anadan olmuşdur.
Ə.Cavad səkkiz yaşında olarkən atasını itirmiş, ilk olaraq ərəb-fars dillərini öyrənmişdir.
Davamı →

Atatürkü ağladan mahnı, talan olan diyar

“Şəhid” deyəndə birbaşa güllə qabağında şəhid olanlardan getməyəcək söhbət. Onlar haqqında da layihələrimiz var, amma bu layihə el-oba, vətən yolunda elmi, sənəti, düşüncəsi ilə mübarizə aparıb, bu yolda fəda olanlar haqqındadır.
Əhməd Cavaddır… həmin o imzası fəxri adı olan, türk dünyasının oğlu Əhməd Cavad.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
Davamı →

Əhməd Cavad - Gözüm yoldadır

A dostlar, bir qumral tərlanım uçdu,
Yollarda yolçum var, gözüm yoldadır.
On beş gün ayrılıq, on beş il keçdi,
Öldürdü intizar, gözüm yoldadır.

Hanı mənim arxam, qolum-qanadım,
Hörmətim, izzətim, şöhrətim, adım?
Qardaş bərabəri, gözəl arvadım,
Söyləyin, durnalar, gözüm yoldadır!
Davamı →