Böyük eşq hekayəsi- Mavzoleydə uyuyan əfsanəvi romantik

  • Sevgi

XVI əsrin ortalarında Şimali Hindistanda Böyük Moğol imperiyasının hakimiyyəti başladı. Baburdan sonra hakimiyyətə nəvəsi Əkbər Cəlaləddin gəldi. O, tarixə Böyük Əkbər kimi daxil oldu. Dünyanın ən səbrli, ən müdrik və ən ədalətli idarəçilərindən biri kimi yadda qaldı.

Əkbər xalqı ədalətli idarə edirdi. Oxumağı və yazmağı bilmədiyi halda dünyanın ən yaxşı alimlərini, şairlərini, rəssamlarını və musiqiçilərini Hindistana yığırdı. Onun ətrafında müxtəlif dinlərdən insanlar vardı. Hamısı imperatora hörmət edirdilər və hesab edirdilər ki, Əkbər Moğol imperiyasını çiçəkləndirən yeganə hökmdardır. Zənginliyi barədə isə əfsanələr dolaşırdı. Lakin Əkbər bədbəxt idi. Onun varisi doğulmurdu. Bir neçə il evlilik həyatından sonra imperator cadugər Səlim Çişiyə müraciət etdi. Dualardan və mistik ayinlərdən sonra imperatorun ümidi yarandı. Bir il sonra — 1569-cu ildə imperatriça Əkbərə oğul bəxş etdi. Oğulun adını Məhəmməd Səlim qoydular. Səlim romantik və ciddi gənc idi. Poeziya və ədəbiyyatla maraqlanırdı və günlərini imperator kitabxanasında kitab oxumaqla keçirirdi. Varisin 13 yaşı olanda bir gün


Ardı →